Moskva bəyannaməsi Ermənistan, Azərbaycan və Rusiya arasında üçtərəfli əməkdaşlığı gücləndirəcək – Zaxarova
Azərbaycan və Rusiya arasında Müttəfiq Əməkdaşlıq Bəyannaməsi Ermənistan, Azərbaycan və Rusiya arasında üçtərəfli əməkdaşlığı gücləndirməyə kömək edəcək.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu cümə günü Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova brifinq zamanı deyib.
“Bizim fikrimizcə, Bakı ilə Bəyannamənin imzalanması Ermənistan, Azərbaycan və Rusiya arasında üçtərəfli əməkdaşlığın, o cümlədən təhlükəsizlik məsələləri, Cənubi Qafqazda iqtisadi və humanitar sahədə əməkdaşlığın gücləndirilməsinə kömək edəcək”, – o deyib.

