Bakıda Yaponiya mətbəxi nümayiş olunub
Bu gün Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi və Azərbaycan Hotel Assosiasiyasının birgə təşkilatçılığı ilə Yaponiya səfirinin aşpazı Matsuşita Taisei tərəfindən yapon yeməklərinin nümayişi tədbiri baş tutub.
ARANTV.AZ xəbər verir ki, Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada çıxışında bildirib ki, bu il Yaponiya-Azərbaycan diplomatik münasibətlərinin qurulmasının 30 illiyidir.
“Bu münasibətlə biz müxtəlif rayonlar və Bakıda silsilə tədbirlərin həyata keçirilməsini nəzərdə tuturuq. Bu tədbirlərin keçirilməsində əsas məqsədimiz yapon mədəniyyətini, mətbəxini tanıtmaqdır. Bu gün təqdim olunacaq yeməklər ənənəvi yapon yeməkləridir. Bu təlim qısa vaxt ərzində baş tutsa da inanıram ki, bir az da olsa, yapon mətbəxi ilə tanış olacaqsınız”, – səfir deyib.
Sonra Matsuşita Taisei tərəfindən master-klass keçirilib.

