Kiyevdəki soydaşlarımız ehtiyacı olan əhaliyə yardım payladı -VİDEO
Ukraynanın bu ağır günündə ona yardım əlini uzadan dövlətlərdən biri Azərbaycan olub.
Dövlətimizin həssas münasibəti və dost yardımı Ukrayna dövlət başçısı tərəfindən də xüsusilə vurğulanıb və təşəkkür ifadə olunub. Ancaq heç şübhəsiz humanizm prinsiplərinə və bəşəri dəyərlərə daim istinad edən Azərbaycan dövləti bütün bu xeyirxah addımları təşəkkür naminə etmir. Ukraynada yaşayan azərbaycanlılar da müharibənin ağrı-acısını yaşayan Ukrayna xalqına əlindən gələn dəstəyi göstərirlər. Dəyərli oxusularımıza təqdim etdiyimiz özəl kadrları Kiyevdən həmvətənimiz Yalçın Qəhrəmanoğlu Musavat.com-a yollayıb.
Göründüyü kimi, Kiyevdə yaşayan və burada çalışan soydaşlarımız müharibədən zərər çəkmiş insanlara təmənnasız olaraq kənd təsərrüfatı məhsulları və meyvə yardımı edir.
Necə deyərlər, dost dar gündə tanınar və ukraynalılar özləri demişkən, Azərbaycan adına bu cür çoxsaylı dəstək aksiyalarını unutmayacaqlar, bütün bunlar iki dövləyin və xalqın birliyini daha da sarsılmaz edəcək.
Allah hər birisindən razı olsun!
Musavat.com

