Ukraynada ərzaq ehtiyatı yaradılacaq
Ukraynada ərzaq ehtiyatı yaradılacaq, dövlət büdcəsi hesabına bütün ölkə üzrə illik istehlak miqdarında taxıl və digər ehtiyatlar alınacaq.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu Ukraynanın baş naziri Denis Şmıqal bildirib.
“Bu, ölkəni kifayət qədər ərzaqla təmin etməyə imkan verəcək. Biz kritik idxalın siyahısını genişləndirməyə davam edirik”, – D. Şmıqal qeyd edib.

