Qadın sərnişinin avtobusda sümüyü sındı
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ARANTV.AZ xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 1976-cı il təvəllüdlü Məmmədova Nəsibə Qurban qızı rayon ərazisində fəaliyyət göstərən sərnişin avtobusunda xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ bazu sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.

