Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Brüsseldə gözlənilən görüş: Əliyev sakit və təmkinlidir, Paşinyanın isə çığırtısı göyə çıxır – ŞƏRH

By Vüsal Rafiqoğlu
31.03.2022 3 Min Read

Aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş nazir Nikol Paşinyan Avropa İttifaqının təşəbbüsü ilə görüşəcək.

Görüş öncəsi Nikol Paşinyan özünü erməni ictimai rəyinin gözündə qaldırmaq üçün açıqlamalar verir, onun hökumətin iclasındakı çıxışı zamanı səsləndirdiyi tezislər Brüsseldə əldə olunacaq hansısa razılaşmanın mahiyyətini ört-basdır etməyə hesablanıb.

Gah Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qalan ermənilərin “deportasiyasından”, gah “etnik təmizləməyə” dair səfsətədən danışır. Paşinyan dərk edir ki, o, Brüsseldə sayıqlamalarını arqumentlərlə inandırıcı səviyyəyə qaldıra bilməyəcək, bununla belə yenə də hansısa ümidlərə qapılıb.

Paşinyan 2021-ci ilin noyabrın 26-da Soçidə üçtərəfli görüş baş tutmamışdan öncə də, hərbə-zorba ritorikasına keçmişdi, amma sonradan əlinin içi tərləyə-tərləyə Soçi bəyanatına imza atması reallaşdı.

Bu mənada Paşinyanın indiki açıqlamaları blefqarışıq mənasız ümidlərə əsaslanır və bu, heç kimə maraqlı deyil. Ona görə də, Ermənistan baş nazirinin çığırtısı göyə çıxır.

10 noyabr bəyanatının 4-cü maddəsinin icrasına gəlincə, həmin bəndlə Rusiya da, Ermənistan da manipulyasiya etməyə çalışır. Onlar manipulyativ mövqelər üçün özlərinə barmaq yeri tapsalar da, həmin bənddəki iki ifadə Azərbaycan üçün çox şeyi deyir:

1. Rusiya sülhməramlıları erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir,

2. Sülhməramlıların qalma müddəti 5 ildir (tez də bitə bilər və ya uzadılar)

Rusiyanın mövqeyi belədir ki, onun üzərinə qanunsuz erməni silahlılarını Azərbaycan ərazilərindən çıxarmaq öhdəliyi qoyulmayıb, həqiqətən də, bəyanatın müvafiq bəndində açıq şəkildə belə bir cümləyə rast gəlmək olmur. Ermənistan isə gah statusdan, gah da separatçı ermənilərin regionda yeni toxum səpməsinə yaşıl işıq yandırmaq istəyir.

Azərbaycan isə tərəflərin sürüşkən mövqelərindən dolayı öz resursları ilə 4-cü bəndi təkbaşına icra etməyə çalışır və istədiyinə tədricən nail olur. Təbii ki, Türkiyənin dəstəyi ilə, eyni zamanda diplomatik, hərbi-siyasi kanallar vasitəsilə Rusiya ilə müəyyən razılaşmalar da olduğu istisna deyil.

Ermənistanın 4-cü maddəyə dirəniş göstərmək üçün nə siyasi qətiyyəti, nə ordu resursu mövcuddur, bu, məsələnin hərb kontekstindəki izahı.

Digər tərəfdən, 10 noyabr bəyanatının hüquqi-siyasi tərəfləri də Ermənistan üçün hər hansı güzəşt tanımır və onun üzərinə tələblərlə dolu olan öhdəliklər qoyur.

Gedişatlardakı müəyyən çətinlik və açıq qalan məsələlərə baxmayaraq, Azərbaycan Brüsselə güclü tərəf kimi gedir. Çünki Rusiya sülhməramlılarının müvəqqəti dislokasiya edildiyi ərazilərin bir hissəsində Azərbaycan 10 noyabr bəyanatının 4-cü bəndini praktiki olaraq icra etdi.

Xocalının Fərrux kəndi və eyniadlı yüksəkliyin separatçılardan təmizlənməsindən söhbət gedir. Bu detal Azərbaycanın tələblərinin məzmununu konkretləşdirən haldır.

Gələk məsələnin beynəlxalq dəstək tərəfinə, Ukraynadakı müharibə Qərbin tərəzisində Azərbaycanın çəkisini artırır, çünki ortada enerji amili dayanır. Bundan əlavə Britaniya da Azərbaycanla münasibətləri dərinləşdirmək üçün formullar üzərində çalışır, Ermənistana münasibətdə isə etimad sıfırlanır.

Yəni, Azərbaycanın beynəlxalq platformada bir-iki cığal mövqeni çıxmaq şərtilə əhəmiyyətli dəstək qazanır.

Gözlənilən Brüssel görüşünə gəlincə, bunu ötən ilin dekabrındakı Brüsseldəki Əliyev-Paşinyan danışığının məntiqi davamı hesab etmək olar.

Budəfəki görüşdə də daha çox humanitar motivlər, o cümlədən Birinci Qarabağ müharibəsində itkin düşən azərbaycanlıların məsələsi ön planda tutulacaq. Bununla yanaşı Avropa İttifaqının Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyasına dair təklifləri, sülh sazişi üçün formulları da masada olacaq.

İlham Əliyev martın 31-də Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau ilə görüşündə Brüssel gündəliyindən söz açaraq deyib:

“Bizə Ermənistan rəsmiləri tərəfindən müəyyən mesajlar daxil olur. Bu yaxınlarda mənə verilən məlumata görə, bu mesajlardan biri də ondan ibarətdir ki, onlar bizim təklifimizi məqbul hesab edirlər. Bu, çox yaxşı xəbərdir və mən ümid edirəm ki, Brüsseldəki görüşdə bu məsələyə daha çox aydınlıq gətiriləcək”.

Bu onu göstərir ki, Brüsseldə Azərbaycanın Ermənistana sülh üçün təklif etdiyi 5 maddəlik baza prinsipi ətrafında fikir mübadiləsi aparılacaq və bu maddələr əsasında inşa olunacaq sülh müqaviləsi, onun perspektivinə dair Avropa İttifaqının interpretasiyası öyrəniləcək.

Avropa İttifaqının hazırkı mövqeyi Azərbaycanı qane edir, çünki Avropa İttifaqı böyük siyasi ambisiyalardan kənardır və daha çox iqtisadi-siyasi prioritetlərlə Cənubi Qafqazda iştirakını gücləndirmək istəyir.

Görüş öncəki mənzərənin liderlərin leksikonundakı təcəssümü: Əliyev sakit, təmkinli və qalibdir, Paşinyan isə şivənlik salır. Bu, məğlubiyyət sindromudur.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanda qoz idxalında yaranan problemlər yerli bazara necə təsir edəcək?

Next

“Range Rover”lə dörd nəfərin ölümünə səbəb olan klub prezidentinin cəzası AÇIQLANDI – FOTO

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv