Region Xəbərləri 

Brüssel görüşü bölgədə sülh və əmin-amanlığın növbəti önəmli addımdır.

Cənab Prezident İlham Əliyevə beynəlxalq birlik, o cümlədən dünyanın ayrı-ayrı aparıcı ölkələrinin rəhbərləri tərəfindən xüsusi rəğbət və hörmətlə yanaşıldığının şahidi oluruq. Bu da təsadüfi deyil. Məsələ burasındadır ki, Azərbaycan Prezidentinin liderlik keyfiyyətləri, uzaqgörənliyi, hər bir situasiyaya hazırlıqlı olması beynəlxalq birlik tərəfindən diqqətlə izlənilir. Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçirilən görüşü ölkəmizin maraqlarına uyğun olaraq, bölgənin gələcək sülh və əmin-amanlıq şəraitində inkişafının təmin olunması istiqamətində atılmış növbəti önəmli addımdır. Tərəflərin hələ 2021-ci il dekabrın 15-də baş tutan birgə görüşünün davamı olaraq keçirilən bu görüş, bölgədəki vəziyyətin müzakirəsi, o cümlədən bölgənin təhlükəsizlik, sabitlik və sülh şəraitində inkişafı məsələlərinin müzakirəsinə həsr olunub. Rəsmi Bakı İrəvana verdiyi 5 şərt və Fərrux yüksəkliyində bayrağımızın ucaldılması kimi siyasi və hərbi üstünlüklərlə Brüssel görüşünə qədəm qoydu. Brüssel görüşü bölgədə gələcək sülh və əmin-amanlığın təmin olunmasında mühüm addım hesab edilir. Görüşdə Azərbaycanın təqdim etdiyi baza prinsiplərini, o cümlədən ərazi bütövlüyünün qarşılıqlı tanınması və ərazi iddialarından imtina edilməsi daxil olmaq şərti ilə sülh müqaviləsinin hazırlanması üzrə Ermənistan və Azərbaycan arasında işçi qrupunun yaradılması, həmçinin sərhədlərin delimitasiyası üzrə komissiyanın təsis edilməsi barədə əldə olunmuş qərarlar Azərbaycanın xeyrinədir. Çünki, ölkəmiz ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlarda maraqlı deyil və Vətən müharibəsindən sonra bəyan edib ki, Dağlıq Qarabağ ifadəsi yoxdur. Qarabağ məsələsi ilə beynəlxalq təşkilatların məşğul olmasını istəmir. Bu, daxili məsələdir. Danışıqların Minsk qrupu əvəzinə Avropa İttifaqı çərçivəsində aparılması Azərbaycan üçün faydalıdır”. Azərbaycan bu görüşə şərtləri diktə edən tərəfdir. Ölkəmizin təklif və təşəbbüsləri bəlli, mövqeyi isə aydın və birmənalıdır. Ölkəmiz, ilk növbədə, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın bütün tələblərinin tam yerinə yetirilməsində israrlıdır. Digər tərəfdən, Azərbaycan tərəflərin bir birinin ərazi bütövlüyünü tanı ması, sülh müqaviləsinin imza lanması, sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiya xətlərinin bərpası ilə əlaqədar konkret yanaşma ortaya qoyur.Ən əsası, sülh gündəliyi qalib Azərbaycanın haqlı, birmənalı və qətiyyətli mövqeyi, müvafiq təklifləri əsasında müəyyən olunur. “Birincisi, sülh sazişidir: tərəflər xarici işlər nazirlərinə müqavilənin hazırlanması ilə bağlı tapşırıq verilməsi üzərində razılaşıb. Sülh sazişinə dair razılaşma deməyə əsas verir ki, İrəvan Bakının təklif etdiyi 5 baza prinsipini qeyd-şərtsiz qəbul edib. Bəyanatda “status”, yaxud “münaqişə”yə dair heç bir qeydin olmaması da növbəti uğur kimi dəyərləndirilməlidir. İkincisi, sərhədin delimitasiya və demarkasiyasıdır: tərəflər 2021-ci il 26 noyabr Soçi bəyanatına uyğun olaraq, aprelin sonuna qədər birgə komissiyanın yaradılmasına razılaşıb. Birgə komissiyanın mandatı sərhədin müəyyən edilməsi və sərhəd xətti boyunca təhlükəsiz vəziyyəti təmin etməkdir”. Brüssel görüşü İlham Əliyevin siyasi qələbəsinin növbəti və vacib mərhələsidir. Prezident İlham Əliyevin irəli sürdüyü sülh modeli təkcə Azərbaycan deyil, bütün region dövlətlərinin təhlükəsizliyi və inkişafı üçün açar rolunu oynayır.

Mahiyəddin Mazanov

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının əməkdaşı.

Daha çox xəbərlər