Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisi tərəfindən Ağcabədi rayonunda “Uşaqların zorakılıqdan qorunması” mövzusunda dəyirmi masa keçirilmişdir.
Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisi tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Uşaq Fondunun təşkilatçılığı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilən “İnteqrasiya olunmuş sosial xidmətlər modeli” layihəsi çərçivəsində Ağcabədi rayonunda “Uşaqların zorakılıqdan qorunması” mövzusunda dəyirmi masa keçirilmişdir.
Dəyirmi masada Ağcabədi Rayon İcra Hakimiyyətinin əməkdaşı, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçisi Vüsalə Məmmədova, Ağcabədi rayon Polis şöbəsinin əməkdaşı, Polis mayoru Rəşad Aslanov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının müəllimi Anar Kərimli, Aran qəzetinin redaktoru Məhsəti Ağayeva, EL Televiziyanın və Report İnformasiya Agentliyinin Qarabağ üzrə xüsusi müxbiri Daşqın Abdullayev, 6 saylı tam orta məktəbin direktoru Nərminə Əkbərova, 5 saylı tam orta məktəbin direktoru Fəridə Allahverdiyeva, 2 saylı körpələr evi-uşaq bağçasının diretoru Şəbnmə Mirheydərova, 3 saylı körpələr evi-uşaq bağçasının diretoru Samirə Xudiyeva, Dini qurumlar üzrə Dövlət Komitəsinin Ağcabədi rayon şöbəsinin əməkdaşı Cavid Məlikzadə, Tarix Diyarşünaslıq Muzeyinin direktoru Sadiq Əliyev, Ağcabədi rayon Mərkəzləşdirilmiş Kitabxana sisteminin müdiri Məhəbbət Əliyeva, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin direktoru Fuad Əliyev və valideynlər iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı açaraq Uşaqların zorakılıqdan qorunması və zorakılığa mərz qalan uşaqlara dəstək, uşaqların zorakılıqdan qorunması və zorakılığa mərz qalan uşaqlara dəstək tədbirlərindən bəhs etmişdir.
Daha sonra mərkəzin sosial işçiləri Elnur Qasımov və Tacəddin Rzazadə tərəfindən UNİCEF-in dəstəyi ilə icra edilən “İntegrasiya olunmuş sosial xidmətlər modeli” layhəsi çərçivəsində uşaqların zorakılıqdan müdafiəsi üçün görülən işlərdən, ailələrə göstərilən xidmətlərdən və eyni zamanda baxımsızlıq və laqeyd rəftar, zorakılığa məruz qalan uşaqların konfidensiallıq hüququnun pozulmasından, Uşaq Qaynar Xətt xidmətindən bəhs edən təqdimat göstərilmişdir.
Dəyirmi masada “Zorakılıq və onun fərdə, ailəyə, cəmiyyətə mənfi təsiri, uşaqların zorakııqdan müdafiəsinin daha da gücləndirilməsi istiqamətində təhsil müəssisələrinin, QHT-lərin, hüquq-mühafizə orqanlarının, Yerli icra hakimiyyəti və əlaqədar qurumların rolu haqqında ətraflı müzakirələr aparılmış, yaranmış vəziyyət qiymətləndirilmiş, nöqsanların aradan qaldırılması istiqamətində müvafiq təkliflər irəli sürülmüşdür. mövzularında müzakirələr aparılmış və təkliflər səsləndirilmişdir.

