Siyasət 

Rusiya Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması üçün xüsusi nümayəndə təyin edib

Xüsusi tapşırıqlar üzrə səfir İqor Xovayev Rusiya xarici işlər nazirinin Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi təyin olunub.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

“Xüsusi tapşırıqlar üzrə səfir İqor Xovayev öz işini yeni vəzifədə davam etdirəcək. O, diqqətini Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin hazırlanmasına yönəldəcək. Biz Bakı və İrəvandakı müttəfiqlərimiz və tərəfdaşlarımızdan Xovayevin səylərinə dəstək verilməsinə ümid edirik”, – Zaxarova qeyd edib.

Mənbə: Mid.ru

Daha çox xəbərlər