Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Narkomaniya ilə mübarizə birgə səylər tələb edir

By Vüsal Rafiqoğlu
20.04.2022 4 Min Read

Bu gün ölkəmizdə narkomaniyaya qarşı dövlət səviyyəsində mübarizə aparılır. Mübarizənin gücləndirilməsi üçün qanunvericilik bazası tamamilə təkmilləşdirilib, onun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində xeyli iş görülüb. Ümummilli lider Heydər Əliyev tərəfindən 1996-cı ildə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılıb, 18 iyun 1999-cu ildə “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Qanun qəbul edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkədə narkomaniya ilə mübarizəyə dair çoxsaylı Fərman və sərəncamlar imzalayıb. Ölkəmizdə hər beş ildən bir narkomaniya ilə mübarizəyə dair Dövlət Proqramı tərtib olunur. Dövlət başçısının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Sərəncamı da mühüm əhəmiyyət daşıyır.

2019-2024-cü illər üçün Dövlət Proqramının məqsədi respublikada narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatı, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində müasir texnologiyaların və yeni üsulların tətbiqi və digər genişmiqyaslı məsələlərdən ibarətdir.

2014-cü ilədək Azərbaycanda rəsmi qeydiyyata alınmış narkotik istifadəçiləri arasında uşaqlar (yaşı 18-dək olanlar) olmasa da, artıq bir necə ildir ki, narkomanların sırasında yetkinlik yaşına çatmayanlar da var. Hazırda ölkədə rəsmi qeydiyyata alınmış 33788 nəfər narkomanın 9-u 15-17 yaşlı, 12969 nəfəri 18-34 yaşlı insanlardır. 18 yaşdan sonra artan rəqəmlər də onu deməyə əsas verir ki, vaxtında preventiv tədbirlər görülmədikdə bu say çoxala və getdikcə daha çox yeniyetmənin narkomaniya bəlasına düçar olmasına səbəb ola bilər.

Azərbaycanda narkotik istifadəçiləri arasında daha çox 25-45 yaşlı insanlar üstünlük təşkil edirlər. Lakin acınacaqlı hal narkomaniyanın getdikcə cavanlaşması və onun artıq təkcə gənclər arasında deyil, yeniyetmələr sırasında da özünə yer tapmasıdır. Bəşəriyyətin bu dəhşətli bəlasına qarşı ayrı-ayrı dövlət strukturları, qeyri-hökumət təşkilatları, KİV, hüquq mühafizə orqanları, təhsil və səhiyyə sistemi birgə mübarizə aparmaqla onun yayılmasının qarşısını ala bilər. Bunun üçün daha çox maarifləndirmə, narkomaniyanın fəsadlarının yeniyetmə və gənclərə izah edilməsi, onlara bu xəstəliyin nə kimi qorxulu nəticələr verdiyini əyani misallarla göstərmək vacibdir.

Hazırda sosial şəbəkə və digər onlayn vasitələrlə narkotik maddələrin satışı hallarına rast gəlinir. Belə halların qarşısının alınması məqsədi ilə Daxili İşlər Nazirliyi aidiyyəti qurumlarla birlikdə informasiya texnologiyalarında zərərli informasiyaların yerləşdirilməsi üzrə preventiv tədbirlər həyata keçirir. Bunun nəticəsində sosial şəbəkədə onlarla zərərli qrup bağlanılıb.

Problemin aradan qaldırılmasında cəmiyyətin dəstəyinin vacibliyini nəzərə alan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi antinarkotik təbliğatı ilə əlaqədar ictimaiyyətə müraciət edib. Müraciətdə narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığın qlobal problem olaraq bütün bəşəriyyəti narahat etdiyi vurğulanıb. Qeyd edilib ki, bu bəlaya qarşı mübarizə Azərbaycanda da hüquq-mühafizə orqanlarının qarşısında duran başlıca vəzifələrdən biridir. Qanunsuz dövriyyədən çıxarılan narkotiklərin həcminin ilbəil artmasına baxmayaraq, həmin vasitələrin ölkəyə gətirilməsinə edilən cəhdlər, buna mütənasib olaraq narkotik istifadəçilərinin sayı çoxalır. Belə vəziyyət isə nəticə etibarilə gənclərimizin narkotik aludəçisi olmaq təhlükəsini artırır.

Ölkə mətbuatından və Daxili İşlər Nazirliyinin gündəlik açıqladığı məlumatlardan da görünür ki, hazırda bu sahədə daxili işlər orqanları tərəfindən intensiv tədbirlər görülür. Yanvarın 18-də Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında açıqlandığı  kimi, 2021-ci il ərzində qanunsuz dövriyyədən 2020-ci illə müqayisədə 1,1 ton çox – 3 ton 45 kiloqram narkotik vasitə çıxarılıb, 174 tondan artıq narkotik xassəli bitkilər aşkarlanıb məhv edilib. Bu bəlaya qarşı mübarizədə hər kəsin ümumi işə real köməkliyinin vacibliyi, həmçinin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə vətəndaşların məlumatları əsasında müsbət nəticələri olan bir çox əməliyyatların keçirildiyi xüsusi vurğulanıb.

Müqayisə üçün göstərmək olar ki, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrlə bağlı 2019-cu ildə 33, 2020-ci ildə 18, 2021-ci il ərzində 40 cinayət hadisəsi müəyyən edilmişdir. Həmçinin İsmayıllı rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə nəticəsində 2019-cu il ərzində ümumilikdə 8460,02 qram marixuana, 0,838 qram heroin, 6 ədəd xaşxaş və 2759 ədəd çətənə kolu, 2020-ci il ərzində ümumilikdə 6618,38 qram marixuana, 5,228 qram heroin, 6,841 qram metafetamin və 3989 ədəd çətənə kolu, 2021-ci il ərzində isə ümumilikdə 6753 qram marixuana, 7,153 qram heroin, 5,432 qram metafetamin, 0,301 qram tiryək və 607 ədəd çətənə kolu aşkar edilərək dövriyyədən çıxarılmışdır.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərlə əlaqədar İsmayıllı Rayon Polis Şöbəsinin İstintaq bölməsində 2019-cu il ərzində 30 şəxs barəsində 26, 2020-ci il ərzində 14 şəxs barəsində 11, 2021-ci il ərzində isə 33 şəxs barəsində 28 cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilməsi təmin olunmuşdur.

Hazırda daxili işlər orqanları ictimaiyyət nümayəndələri, səhiyyə, təhsil müəssisələrinin əməkdaşları ilə birgə orta məktəblərdə, gənclər müəssisəsində maarifləndirici tədbirlər keçirir, narkotiklərin fəsadları barədə gənclərə və yeniyetmələrə ətraflı məlumat verirlər. Belə görüşlərdə sabahımızın qurucularına dərslərini yaxşı oxumaları, idmanla məşğul olmaları, milli-mənəvi dəyərlərimizə sadiq, cəmiyyət üçün layiqli vətəndaş kimi böyümələri tövsiyə olunur.

Azərbaycanın gələcəyi kimi dəyərləndirilən gənclərin sağlamlığının təminatı daim diqqətdə saxlanılan məsələ olduğundan inanırıq ki, yeniyetmələr arasında narkomaniya bəlasının qarşısının alınması ilə əlaqədar maarifləndirmə işlərinin genişləndirilməsi gənc nəslin həm psixoloji, həm də fiziki sağlam böyüməsinə öz töhfəsini verəcəkdir.

Göründüyü kimi, bəşəriyyəti təhdid edən “ağ ölüm”lə mübarizə vəzifəsindən, sosial mənşəyindən, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq, hamının vətəndaşlıq və mənəvi borcuna çevrilməlidir. Yalnız birgə səylər öz real nəticəsini göstərə bilər.

Raya Qəfərova,
İsmayıllı rayon prokurorunun köməkçisi

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İqtisadiyyatın dayanıqlı inkişafı müasir təhsilə və yeni texnologiyalara əsaslanır

Next

“Əhali tariflərin bahalaşmasını istəyir” – bir ilginc sorğunun izi ilə…

Xəbər lenti

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv