Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Dünya azərbaycanlıları Şuşada toplanır- Qarabağda tarixi görüş

By Vüsal Rafiqoğlu
21.04.2022 3 Min Read

“Bu, tarixi Zəfərimizin bəhrəsi kimi çox böyük hadisədir”

Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi ilə bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir. Qurultay Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçiriləcək. Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir. Qurultayın rəsmi açılış mərasimindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabat verilməsi, “Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr”,”Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri” mövzularında müzakirələrin təşkili planlaşdırılır.

Diasporla İş üzrə Dövlət Komitəsindən “Yeni Müsavat”a bildirilib ki, Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad olunmasından sonra ilk böyük görüşü olacaq.

Oxu.az - Rəşad Məcid: Elə bilirlər, milyonlarım var, halbuki mən məğlub  adamam - MÜSAHİBƏ

Rəşad Məcid

Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid “Yeni Müsavat”a bildirib ki, Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi müasir tariximizin ən vacib tədbirlərindən biridir: “Qurultayın Şuşada keçirilməsinin rəmzi mənası da var. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların, diaspor nümayəndələrinin Şuşanı görməsi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfər etməsi böyük mənəvi gücdür. Şuşanın təbliği, Şuşanın bir Azərbaycan şəhəri kimi 270 illik tarixinin öyrənilməsi və təbliği baxımından mühüm hadisədir. Ona görə də mən bu qurultay iştirakçılarına uğurlar arzulayıram, düşünürəm ki, qurultay bütün diaspor nümayəndələrimizin yaddaşında çox xoş bir xatirə kimi qalacaq”.

Rəşad Məcid eyni zamanda qeyd edib ki, Şuşanın azad edilməsi Azərbaycan tarixinin ən mühüm, möhtəşəm hadisələrindən biridir: “Bizim Zəfər Günümüz də Şuşanın azad olunması tarixindən başlayır. Bu mənada Azərbaycan Prezidentinin Şuşa haqqında dediyi fikirlər, Şuşa sevgisi bütün insanlara sirayət edir. Cənab Prezident Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edib və bu il ”Şuşa ili”dir. Son bir ildə həm diaspor nümayəndələri, həm də ziyalılar Şuşada olublar, müxtəlif tədbirlər keçirilib. Son günlər Milli Məclisin Komitə iclaslarının Şuşada keçirilməsi müsbət hadisədir. Yazıçılar Birliyinin qurultayının da Şuşada keçirilməsi gözlənilir”.

BSU-da Etibar Babayevin 70 illik yubileyi qeyd olunub

Etibar Babayev 

Azərbaycanın əməkdar jurnalisti, professor Etibar Babayev də Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsini yüksək qiymətləndirib: “Bu ideya kimin ağlına gəlibsə, möhtəşəm bir fikirdir, alqışlayıram. Mən Dünya Azərbaycanlılarının bir neçə qurultayında şura üzvü olmuşam, qurultaylar zamanı mənim çəkdiyim filmlər nümayiş olunub, bir çox ölkələrdə keçirilən tədbirlərdə olmuşam. Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının və inkişafının canlı şahidi, iştirakçısı olmuşam. Şuşada keçiriləcək qurultay isə tarixi Zəfərimizin bəhrəsi kimi çox böyük hadisədir”.

Həmin şəxslərin fotolarının verilməsinin nə mənası var?” – Qulu Məhərrəmli  » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı

 Qulu Məhərrəmli

Əməkdar jurnalist, professor Qulu Məhərrəmli isə hesab edir ki, Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi faktı özü çox müsbət hadisədir, çox ciddi siyasi əhəmiyyəti var: “Son illər bizim xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması istiqamətində ciddi addımlar atılır. Avropada, Amerikada, Rusiyada və digər ölkələrdə təşkilatlanma gedir və hesab edirəm ki, bəzi problemlərə baxmayaraq, bu sahədə ciddi nailiyyətlərimiz var. Əlbəttə, problemlərimiz var, xaricdə media qurulması sahəsində, biznesin dərinləşdirilməsində, yaşadığı cəmiyyətə inteqrasiya olunmaq baxımından bizim soydaşlarımızın hələ müəyyən problemləri qalır. Elə bilirəm ki, qurultayda bu məsələlərə də diqqət yetiriləcək. Qurultayın özünün Şuşa şəhərində keçirilməsinin xüsusi əhəmiyyəti ondadır ki, bu, bütün dünyaya mesajdır. Bu hadisənin rəmzi mənası ondan ibarətdir ki, Şuşa bütün dünya azərbaycanlılarını birləşdirir. Dəniz səviyyəsindən yüksəkdə yerləşən bir şəhərdə  belə bir  qurultayın keçirilməsi o deməkdir ki, artıq Şuşa Azərbaycanın rəmzlərinin biri kimi təkcə Azərbaycan üçün deyil, bütün dünya azərbaycanlıları üçün böyük bir simvola çevirilir”.

Professorun fikrincə, qurultayın əlamətdar “Şuşa İli”ndə məhz Şuşa şəhərində  keçirilməsi soydaşlarımızın təkcə ağılla, duyğu ilə deyil, dərk edərək birləşməsi, bugünkü dünyada mövqeyimizin bərkidilməsi, qarşıda dayanan vəzifələrin yerinə yetirilməsi üçün böyük əhəmiyyət daşıyır: “Soydaşlarımıza uğurlar arzulayırıq, hesab edirəm ki, qurultay müvəffəqiyyətlə keçəcək, dünyada çox böyük rezonans doğuracaq, Azərbaycanın təbliği, onun problemlərinin, mədəniyyətinin və naliyyətlərinin dünyaya çatdırılması istiqamətində mühüm addımlar atılacaq”.

Xatırladaq ki, Dünya Azərbaycanlılarının IV Qurultayı Bakıda 2016-cı il iyunun 3-4-də keçirilib.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Orucluqda tox saxlayan qidalar

Next

Bakıda 15 yaşlı oğlan anasını belə öldürüb – ŞOK TƏFƏRRÜAT VİDEO

Xəbər lenti

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv