Region Xəbərləri 

Ağdam rayonunda Vətən müharibəsi şəhidləri Tacir və Nazir Allahverdiyev qardaşlarının doğum günündə xatirələri anılıb

Ağdam Rayon İcra Hakimiyyəti Başçısının müavini Xəqani Nəzərov, Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Rayon hüquq mühafizə orqanlarının rəhbərləri, ərazi partiya təşkilatının fəalları, rayon ictimaiyyətinin nümayəndələri və şəhidlərimizin təhsil aldıqları orta məktəbin şagirdləri Vətən Müharibəsi şəhidləri Tacir və Nazir Allahverdiyev qardaşlarının doğum günü münasibətilə məzarlarını ziyarət edib, önünə gül dəstələri düzərək, onların əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Daha sonra şəhidin doğulub boya-başa çatdığı, ailə üzvlərinin yaşadığı ünvan ziyarət olunub, onların qayğıları ilə maraqlanılıb, dərin hüzünlə başsağlığı verilib, şəhid qardaşların keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib.
Şəhidlərimizin ailəsi dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Daha çox xəbərlər