Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Vüqar Rəhimzadə: Şuşa nüfuzlu beynəlxalq təşkilatların əsas ünvanına, regionun diplomatik paytaxtına çevrilir

By Vüsal Rafiqoğlu
29.04.2022 4 Min Read

“Qarabağın tacı, işğaldan azad edilməsi ilə bir dastan yazan, Azərbaycanın, Türk dünyasının mədəniyyət paytaxtı, dövlət başçısı, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin 44 günlük İkinci Qarabağ müharibəsi dövründə səsləndirdiyi “Şuşasız bizim işimiz yarımçıq olar” fikirləri əsasında hər bir azərbaycanlı üçün önəmi aydın ifadə edilən  Şuşa  bir ildən artıqdır ki, azaddır. Bu qısa müddətdə mədəniyyət paytaxtımız sürətlə dirçəldilir,  qonaqlarını qarşılayaraq işğal dövründə  nə qədər sındırılsa da  əyilməməsindən, milli qürurumuzu qorumasından   fəxr hissi ilə bəhs edir. Bütün bunlarla bir daha Azərbaycanın əzəli torpağı olduğunu dünyaya nümayiş etdirir. 28 illik işğal dövründə Şuşanın ona məxsus olduğunu iddia edən Ermənistan  mədəni və dini  abidələrimizi  yerlə-yeksan etməklə  nə qədər tarixi silməyə çalışsa da, bunun  mümkünsüzlüyünün fərqində idi. Ən əsası  dünya hərb tarixində bənzəri olmayan Şuşa əməliyyatından sonra kapitulyasiya aktına imza atan Ermənistan tarixi silməyin mümkünsüzlüyünü,  Azərbaycan xalqının tarixinə sahib çıxan,  yenilməz, məğrur xalq olduğunu bir daha dərk etdi. Şuşa bu gün müxtəlif beynəlxalq əhəmiyyətli mədəni tədbirlərə ev sahibliyi,  sənədlərin imzalanmasına şahidlik etməklə təkcə Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının mədəniyyət  paytaxtı olduğunu sübuta yetirir. Eyni zamanda, böyük  fəxr və qürur hissi ilə qeyd edirik ki, Şuşa regionun diplomatik paytaxtına çevrilib. Ötən ilin 15 iyun tarixində – Milli Qurtuluş Günündə iki dost, qardaş ölkələr – Azərbaycan və Türkiyənin  müttəfiqliyinin təsdiqi olan Şuşa Bəyannaməsinin  imzalanmasına şahidlik edən Şuşa  bu ilin martında    Azərbaycan-BMT əlaqələrinin 30 illiyinə həsr olunan tədbirə ev sahibliyi etdi.  Bunun ardınca aprelin 22-də  dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımız Şuşada Zəfər Qurultayına toplaşdılar.  Aprelin 28-də isə mədəniyyət paytaxtımız   Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” adlı beynəlxalq foruma  ev sahibliyi etdi. Dünyanın 20-dən çox ölkəsindən 50-yə yaxın xarici beyin mərkəzlərinin ekspertlərinin, tədqiqatçı-alimlərinin və media nümayəndələrinin iştirak etdikləri forumun əhəmiyyəti həm müzakirə edilən mövzu, həm keçirildiyi məkan, ən əsası Azərbaycanın hazırda regionda və dünyada roluna aydınlıq gətirməsi baxımından diqqətçəkəndir.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

 Vüqar Rəhimzadə vurğulayıb ki, beynəlxalq forumun iştirakçıları  Şuşanın quruculuq və bərpası ilə bağlı “Şuşa – dirçəlişə gedən yol”, postmünaqişə dövrünə dair “Əməkdaşlıq, imkanlar və çağırışlar”  mövzuları ətrafında müzakirələr aparıblar: “Şübhəsiz, 20 ölkəni təmsil edən 50-yə yaxın beyin mərkəzlərinin  nümayəndələrinin Şuşada belə aktual mövzuları müzakirə etmələri özündə böyük bir mənanı ehtiva edir. Bu baxımdan ki, hər bir iştirakçı ölkəsinin təmsilçisi olmaqla yanaşı,  Azərbaycan həqiqətlərinin də  təbliğatçısına çevrilir.  Bu mühüm platforma xarici ekspertlərə postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanlarının nəzərdən keçirilməsi, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməli kimi Azərbaycanın formalaşdırdığı Ermənistanla münasibətlərin normallaşdırılması üçün sülh gündəliyinin müzakirəsi baxımından əlverişli imkan yaradır.

Aprelin 28-də mədəniyyət paytaxtımızda   işinə başlayan və aprelin 29-da  Bakıda davam edən beynəlxalq forumun ideyası ötən ilin aprelində Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda  yaranıb. Həmin konfransda iştirakçılar Qarabağda beynəlxalq Forumun keçirilməsini təklif etmiş və dövlət başçısı  İlham Əliyev bu təklifi müsbət qiymətləndirmişdi. Aprelin 29-da ADA Universitetində keçirilən beynəlxalq konfransdakı nitqində Prezident  İlham Əliyev bu fikri xüsusi qeyd etdi ki,  bu cür ənənəvi görüşlər  planlarımızı və məqsədlərimizi, görülən işləri beynəlxalq ictimaiyyətə çatdırmaq baxımından çox əhəmiyyətlidir. Ermənilər tərəfindən 30 ilə yaxın davam edən işğal ərzində bütün şəhərlərimizdə və kəndlərimizdə barbarlıq və vandalizm aktları həyata keçirilib. Bütün şəhər və kəndlərimiz vəhşicəsinə dağıdılıb.

Təbii ki, bu ağrılara,  ermənilərin vəhşiliklərinə baxmayaraq, Dağlıq Qarabağ  münaqişəsinin tarixə qovuşmasından sonra açılan yeni səhifə yeni reallıqları diktə edir. Azərbaycanın bu reallıqların dünyada qəbulu istiqamətində atdığı addımlar və onların uğurlu nəticələri göz önündədir.  Sülh gündəliyi günümüzün əsas müzakirə mövzusudur. Bu gündəliyin  müəllifi olaraq Azərbaycanın mövqeyi  dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir, Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşdırılmasına yönələn səylər təqdir edilir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə iki dəfə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin Brüsseldə bir araya gəlmələri, sonuncu görüşün nəticələrində ölkəmizin mövqeyinin dəstəklənməsi, Ermənistanın təklif etdiyimiz 5 prinsipi qəbul etməsi ərazi bütövlüyümüzü dəstəkləməsi də deyilənlərin təsdiqidir.  Dünyanın aparıcı dövlətlərinin  rəsmilərinin Prezident  İlham Əliyevə ünvanladıqları  məktublarda,  etdikləri  telefon zənglərində, həmçinin həmin dövlətlərin, təşkilatların  nümayəndə heyətlərinin ölkəmizə səfərləri zamanı  keçirilən qəbullarda  Azərbaycanın dünyaya səs salan tarixi Zəfərinin region və dünya siyasətində yol açdığı dəyişikliklər, yeniliklər xüsusi qeyd olunur. Yeni əməkdaşlıq formatları yaradılır.  Zəngəzur dəhlizinin açılması, kommunikasiyaların bərpası, avtomobil və  dəmir yollarının çəkilişi,  iqtisadi əlaqələrin qurulması  məsələlərinin müzakirəsi və sair kimi mühüm məqamlar  regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edir.  Hazırda  Azərbaycan işğaldan azad olunmuş ərazilərdə öz maliyyəsi hesabına, həmçinin digər aparıcı beynəlxalq təşkilatların dəstəyi ilə genişmiqyaslı infrastruktur layihələri icra edir.”

“Qeyd etdiyimiz kimi,  Şuşanın BMT və digər nüfuzlu beynəlxalq təşkilatların tədbirlərinin əsas ünvanına, bölgənin diplomatik paytaxtına çevrilməsi bu qədim Azərbaycan şəhərinin saxta məlumatlar əsasında uzun illər erməni şəhəri kimi tanıtdırılması məqsədilə aparılan çirkin kampaniyaların  iflası deməkdir” söyləyən YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, dövlət başçısının nitqində qeyd olunduğu  kimi, Azərbaycan  Qafqazda yeni dövrü – sülh və əməkdaşlıq dövrünü aktiv şəkildə təşviq edir. Qarşıda duran  ən mühüm məsələlərdən biri beynəlxalq təşkilatlarla əməkdaşlıq sayəsində yeni reallıqları daha da gücləndirməkdən, regionla bağlı strategiyanı  təqdim etməkdən ibarətdir. Söz yox ki, belə tədbirlərin azad Qarabağımızda, azad Şuşamızda keçirilməsi hədəflərə yüksək səviyyədə nail olmağa öz töhfəsini verəcək.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Peşə təhsilinin üstünlükləri: 6 aya, bir ilə peşə ilə bağlı ilkin biliyə sahib olub, əmək bazarına daxil olmaq

Next

Azərbaycanla Fransa arasında güclü mədəni əlaqələr mövcuddur

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv