Ayan 20 min dollara saat alıb
Xəbər verdiyimiz kimi, müğənni Ayan Babakişiyeva “Atv maqazin onlarla” proqramında “Onlarla 3 dəqiqə” rubrikasının qonağı olub. ARANTV.AZ-ın məlumatına görə, sənətçi saatlara və çantalara ödədiyi məbləğdən danışıb. Ayan qarderobunda ən bahalı əşyanın saatı olduğunu deyib. O bildirib ki, bir saata 20 min dollar ödəyib. Qeyd edək ki, müğənni bir neçə ildir ki, İstanbulda yaşayır.

