26 may 2022-ci il tarixdə Bərdə rayon Mədəniyyət Mərkəzində Nizami Gəncəvi ədəbi irsinin təbliğinə dair ədəbi məclis keçirilmişdir.
Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Məhsəti Şairlər Məclisi İctimai Birliyi ”nin, Bərdə rayon İcra Hakimiyyətinin, Bərdə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçilən tədbirdə “Məhsəti Şairlər Məclisi İctimai Birliyi ”nin İdarə Heyətinin sədri, layihə rəhbəri- Cəvahir Məmmədova, şairə Elmira Mahalqızı, şairə Səadət Buta, ekspert hüquqşunas Ramal Məmmədov, RİHB-aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Asif Abbasov iştirak etmişlər.
Məclisdə Nizami ədəbi irsi müxtəlif formalarda təbliğ edilmiş, dahi şairin elmi-fəlsəfi dünya baxışından, zəngin analitik təfəkkür sahibinin yaradıcılığından söz açılmış, şeir, qəzəl oxunmuş, muğamlar səsləndirilmiş, sənətkarın əsərlərdən tamaşalar göstərilmiş və ədəbi-bədii musiqili proqramlar ifa olunmuşdur.







