Şəmkir gəncləri Azərbaycan Kinosu Günü münasibətilə tədbir keçiriblər
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəmkir nümayəndəliyinin əməkdaşları 2 Avqust – Azərbaycan Kinosu Günü münasibəti ilə Heydər Əliyev Mərkəzində Şəmkir Gənclərinə bu günün tarixi ilə bağlı məlumatlar verib.
Daha sonra gənclər “Sehrli xalat” filmini izləyib və film haqqında əməkdaşlarla müzakirələr aparıblar.
Ötən müddət ərzində zəngin özünəməxsus inkişaf yolu keçərək, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayan, ölkəmizin simasını dünyaya tanıtdıran film işçilərimizi təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.


