Yeddi ayda 12 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib
Bu ilin yanvar-iyul aylarında 12 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
ARANTV.AZ Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, idxal edilən kərə yağı və süddən hazırlanmış digər yağların dəyəri 68,4 milyon dollar olub.
Xatırladaq ki, ötən ilin eyni dövründə dəyəri 44,9 milyon dollar olmaqla 9051 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

