Plastmas və onlardan hazırlanan məmulatlar idxalı artıb
Cari ilin səkkiz ayında 140,7 min ton plastmas və onlardan hazırlanan məmulatlar idxal edilib.
ARANTV.AZ Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, idxal edilən plastmas və onlardan hazırlanan məmulatların dəyəri 312,9 milyon dollar olub.
Xatırladaq ki, ötən ilin eyni dövründə dəyəri 234,5 milyon dollar olmaqla 111,8 min ton plastmas və onlardan hazırlanan məmulatlar idxal edilib.

