Gündəm 

Azərbaycan bayrağı işğaldan azad olunmuş torpaqlarda əbədi dalğalanacaq

Azərbaycan Vətən müharibəsinin başlandığı 27 sentyabr günündə canından keçən şəhid olan qəhrəmanlarını derin hüznlə və ehtiramla yad etdi. İkinci Qarabağ müharibəsində qazanılmış qələbə böyük tarixi əhəmiyyətə malikdir. Torpaqlarımız mənfur düşmənlərdən təmizlənərək, öz azadlığına yenidən qovuşdu. Əlbətdə ki bunların hər birini həyata keçirmək böyük şücaət və düzgün siyasətin nəticəsi kimi qeyd etmək lazımdır. Cənab Ali Baş Komandan İlham Əliyevin qətiyyət, iradə, əzm, milli ruh və yüksək idarəçilik dəyərləri və rəhbərliyi ilə həmçinin Milli Ordumuzun sahib olduğu qətiyyət sayəsində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısı alındı. İsgaldan azad olunmuş torpaqlarımızda düşmən bütün infrastrukturu dağıdıb yerlə yeksan etmişdir. Hər kəs bizim necə bir düşmənlə üz-üzə olduğumuzu gördü.

Bəli, Ali Baş Komandanın dediyi kimi, düşmən oğru, vicdansız bir düşməndir. Bu baxımdan, bizim parlaq Qələbəmiz təkcə ölkəmizin ərazi bütövlüyünün bərpası deyil. Bu, şərlə xeyir qüvvələrinin mübarizəsidir. Şər qüvvələr məğlub olub, biz – Xeyir qüvvə qalib gəlmişik. Çünki biz qurub yaradanıq. Daha bir sitat: “Bərpa edəcəyik bunları, hamısını bərpa edəcəyik. Azərbaycan xalqı bir daha öz böyüklüyünü göstərəcək. Bir daha bütün dünyaya sübut edəcəyik ki, biz böyük xalqıq. Biz qayıtmışıq, vuruşa-vuruşa qayıtmışıq. Heç kim bizə bu torpaqları bağışlamayıb. Heç bir beynəlxalq təşkilat təcavüzkara təzyiq göstərməyib. Heç kim onlardan tələb etməyib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etsin. Sadəcə olaraq, nə hərb, nə sülh, hər şeyi dondurulmuş vəziyyətdə saxlamaq, işğalı əbədiləşdirmək, bizim tarixi torpaqlarımızın tarixi irsini silmək, torpaqlarımızı erməniləşdirmək, şəhərlərimizə, kəndlərimizə eybəcər erməni adları vermək və bu məsələni Azərbaycan xalqının yaddaşından silmək idi onların məqsədi. Amma səhv etdilər. Dəfələrlə demişəm ki, biz bu işğalla heç vaxt barışmayacağıq. Hər bir cəbrayıllı bir arzu ilə yaşayırdı ki, öz dədə-baba torpağına qayıtsın…”.

Bəli, haqq-ədalət zəfər çaldı. Müzəffər Azərbaycan Ordusu zəfər çaldı. Düşmənin beli qırıldı. Düşmən torpaqlarımızdan qovuldu. Bu gün o ərazilərdə bərpa-quruculuq işləri yüksək sürətlə davam edir. Yeni layihələr, yaxın perspektivdə reallaşacaq hədəflər o qədər böyükdür ki, düşmən tərəfi özü də buna həsəd aparır. Bütün bunların hər biri ölkədə vətəndaş rifahının yaxşılaşdırılmasına yönəlib. O torpaqlardan didərgin düşmüş həmvətənlərimizin öz yurd yerlərinə qayıdışı isə həsrətlə bizi gözləyən torpaqlara yeni nəfəs verdi.

Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı və əbədi dalğalanacaq. Bu reallıqdır və bütün dünya bununla barışmalıdır!

Sübhan Ərəbi,
YAP-ın gənc fəalı

Daha çox xəbərlər