Evinizə şans gətirəcək uğurlu əşyalar
Evinizdə olan bəzi əşyalar həm dekorativ məqsədlə, həm də uğur, şans gətirdiyinə inanılaraq istifadə edilir.
Fatimə ananın əli- bir çox mədəniyyətdə yer alan Fatimə ananın əlinin nəzərdən qoruduğuna inanılır. Fatimə ananın əli eyni zamanda sədaqət və səbr simvolu kimi olaraq da bilinir.

Nar- yeni ilin və yeni ümidlərin simvolu olan narın bərəkət və bolluq gətirdiyinə inanılır.

Fil-uğur, güc, məhsuldarıq, şansı təmsil edən bir fiqur kimi tanınır. Böyükdən kiçiyə doğru düzülmüş 7 fildən ibarət dekorativ əşyaların yaşanılan yerə bərəkət gətirdiyinə və qapıya doğru düzüldükdə ev sahibi olma şansı verdiyinə də inanılır.

At nalı-ən tanınmış uğur gətirən əşyalar arasında yer alan nalın uğur və şans gətirdiyinə inanılır. Nal adətən qapı üzərində ya da girişlərdə asılır.
Göz- nəzər muncuğu- mədəniyyətimizdə ən sıx istifadə olunan aksesuarlardan biri olan nəzər muncuğunun pis nəzərlərdən, pisliklərdən və qısqanclıqlardan qoruduğuna və şans gətirdiyinə inanılır.
Mələk fiquru- mələk fiqurlarının çox gözəl bir aksesuar olması, həm də şans gətirildiyinə inanılması səbəbi ilə evlərdə üstünlük təşkil edən əşyalar sırasındadır.
Tısbağa-uzun ömür və uğur simvolu olaraq bilinən tısbağa həm ev həm də iş yerlərində istifadə edilə biləcək ən ideal əşyalardandır. Tısbağanın müsbət enerjiləri aktiv hala gətirdiyinə də inanılır.

