Bolqarıstan Azərbaycanı Cənubi Qafqazda strateji və etibarlı tərəfdaş hesab edir
Prezident İlham Əliyevin rəhbərlik etdiyi müstəqil Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir.Çünki onun müəyyənləşdirdiyi dövlət siyasətinin mərkəzində ancaq bir qüvvə- Azərbaycan vətəndaşı dayanır.”Bizim dayağımız xalqdır”- deyən dövlət başçımızın gücü dövlətin, xalqın və hakimiyyətin maraqlarını bir araya gətirib,bir hədəfə yönəldə bilməsindədir. Müstəqillik əldə etdiyimiz ilk gündən etibarən Azərbaycan Respublikası regionun lider dövlətlərindən birinə çevrilib.Bu illər ərzində ölkəmizin dünyəvi, demokratik və hüquqi dövlət quruculuğu yolunda böyük uğurlara imza atması, həyata keçirilən çevik və uzaqgörən siyasətin nəticəsində mümkün oldu. Şübhəsiz ki, 44 günlük Vətən müharibəsi zamanı qazanılan Zəfərimiz müstəqillik tariximizin ən şanlı səhifələrinə qızıl hərflərlə yazıldı. Müasir dövrdə Azərbaycanın beynəlxalq səviyyədə həyata keçirdiyi bərabərhüquqlu xarici siyasət strategiyası təqdirəlayiqdir.2003-cü ildən başlayaraq, o cümlədən son bir il ərzində xarici siyasət sahəsində böyük uğurlar əldə edilib. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artıb. Bu ölkələrdən biri də Bolqarıstan Respublikasıdır. Prezident İlham Əliyevin sentyabrın 30-da Bolqarıstan Respublikasına etdiyi rəsmi səfər buna sübutdur. Bu səfər geosiyasi, iqtisadi, tarixi və mədəni-humanitar baxımdan çox əhəmiyyətlidir. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci ildən qurulub. Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin rəsmi dəvəti əsasında həyata keçirilən bu səfər iki ölkə arasında diplomatik münasibətlərin inkişafının təsdiqidir.
Bolqarıstan Azərbaycanı Cənubi Qafqazda strateji və etibarlı tərəfdaş hesab edir.Azərbaycan da Bolqarıstanla dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsində maraqlıdır.İki dövlət arasında ticarət, nəqliyyat, yük daşımaları, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur.Enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb etmişdir. Azərbaycan qazı artıq Bolqarıstandadır və bu ölkəyə ixrac ediləcək Azərbaycan qazının həcminin daha da artırılması nəzərdə tutulub. Bu səfər zamanı Bolqarıstanın paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirak edən dövlət başçımız bu tədbirdə yüksək səviyyədə çıxış edib. Bu çıxışı bugün dünyada baş verən geosiyasi proseslərin təhlili hesab etmək olar.Təxminən iki ildir ki,Azərbaycan qazı Avropa bazarlarına çıxarılır və indi isə o, Bolqarıstana daxil olur. Bollqarıstana edilən bu son rəsmi səfər gələcəkdə iki ölkənin strateji tərəfdaşlığını daha da gücləndirəcək.Hər iki ölkənin yüksək təmsilçiləri ilə keçirilən ğörüşlər ikitərəfli və çoxtərəfli əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək. Bolqarıstan səfərini ölkəmizin 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən sonra xarici siyasətimizdəki ən böyük uğurlarımızdan biri hesab etmək olar. Dövlət rəsmilərinin öz çıxışlarında ölkəmiz və prezidentimiz haqqında səsləndirdikləri müsbət fikirlər hər bir azərbaycanlıda qürur hissi oyadır.Bu gün hər bir azərbaycanlı fərəh hissi keçirir ki, Azərbaycan adlı gəminin sükanı arxasında məhz Ümummilli lider Heydər Əliyev siyasətinin laqyiqli davamçısı Prezident İlham Əliyev dayanır.
İradə Bağırova,
Bakı şəhəri, Xətai rayonu General M.Əsədov adına 29 saylı li tam orta məktəbin müəllimi

