Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Vətəndaşın cibinə girən işbazların…

By Vüsal Rafiqoğlu
24.01.2023 3 Min Read

Aidiyyəti qurumlar süni qiymət artımı ilə bağlı mübarizəni daha da gücləndirməli, “qaz vurub qazan doldurmaq” istəyənləri, nəfsinin eşqi ilə alışıb yananları, vətəndaşlarımızın cibinə girənləri sərt şəkildə cəzalandırmalıdırlar

Heç kimə sirr deyil ki, hazırda planetimizdə qlobal tənəzzül hökm sürür. Məhz bu tənəzzül fonunda bu gün inflyasiya bütün dünyada ciddi bir problemə çevrilib. Təbii ki, Azərbaycan qloballaşan dünyanın bir hissəsi olduğundan ölkəmizdə də müəyyən qiymət artımı və inflyasiya müşahidə olunmaqdadır. Bu səbəbdən də hökumət son illər dünyanı təhdid edən qida təminatı və bahalaşma təhlükəsinə qarşı ardıcıl proqramlar həyata keçirir, qiymət artımlarının qarşısının alınması məqsədilə davamlı tədbirlər paketi hazırlayır.

Bundan başqa, son illər ölkəmizdə süni qiymət artımı ilə əlaqədar müəyyən addımlar atılır. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən nəzarət tədbirləri daha da gücləndirilib. Un və ənənəvi (dairəvi) çörəyin qiymətində və çəkisində əsassız dəyişikliyin qarşısının alınması və keyfiyyət parametrlərinə nəzarətin həyata keçirilməsi məqsədilə istehlak bazarında mütəmadi monitorinqlər aparılır, antiinhisar qanunvericiliyinə riayət olunmasına dair zəruri tədbirlər görülür. Monitorinqlər zamanı qanunvericiliyin pozulması əlamətləri aşkar olunduğu təqdirdə bu təşkilat tərəfindən ciddi tədbirlər görülür.

Prezident İlham Əliyev daim vurğulayır ki, əhalinin rifahının yaxşılaşdırılması Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”. Son 19 ildə ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən əsaslı sosial islahatlar, ölkə başçısının imzaladığı Fərman və sərəncamlar respublikamızın sosial inkişafı istiqamətində mühüm irəliləyişləri təmin edib. Cari ilin əvvəlində ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin istehlak tələbinə uyğun artırılması və indeksləşdirilməsi, əhalinin real gəlirlərinin bazar səviyyəsinə uyğunlaşdırılması, aztəminatlı insanların, tələbələrin, əlillərin, şəhid ailələri və veteranların sosial müdafiəsinin təşkili, sosial sığorta qaydalarının, ünvanlı sosial yardım, pensiya sisteminin təkmilləşdirilməsi, bu sahədə artımlar Azərbaycan dövlətinin çoxşaxəli sosial siyasətinin parlaq təzahürüdür.

Azərbaycanda sosial siyasətin təməlində insan amili dayanır. Dövlət başçısının sosialyönümlü siyasəti nəticəsində inflyasiyanın vətəndaşların həyat şəraitinə mənfi təsirlərinin aradan qaldırılması üçün ciddi addımlar atılır. Təsadüfi deyil ki, 2023-cü ildə yeni sosial islahat paketi üzrə 1,9 milyon vətəndaşı əhatə edən sosial ödənişlərdə növbəti artımların edilməsi və bunun üçün illik əlavə 750 milyon manat vəsait nəzərdə tutulması bunun əyani təsdiqidr. Belə ki, 2023-cü ilin  yanvarın 5-də ölkə başçısının Sərəncamı ilə  minimum əməkhaqqı 15 faiz artırılaraq 345 manata, eyni zamanda, pensiyaçıların sosial təminatının yaxşılaşdırılması üçün minimum pensiya da 16,7 faiz artırılaraq 280 manata çatdırıldı.

Çox təəssüf ki, pensiya və maaşlar artan kimi bəzi işbazlar bazarlarda qiymətləri süni şəkildə artırır. Maaşlar artan kimi marketlərdə qiymətlər də qalxır. Bahalaşma ərzaq məhsulları ilə bərabər gündəlik tələbat mallarında da özünü göstərir. Rəsmi məlumata görə, 2022-ci ildə ərzaq məhsulları 19,5 faiz, qeyri-ərzaq məhsulları 8,6 faiz bahalaşıb. Son zamanlar  ət, yağ, çay, düyü, qarabaşaq, makaron və qənnadı məmulatlarının, süd məhsullarının, eləcə də yuyucu vasitələrin, sabun və diş məcunlarının, qabyuyan mayelərin, qiymətində xeyli artım müşahidə olunur.  Dərman qiymətləri də gündən-günə yüksəlməkdədir.

Dövlət başçısı daim vurğulayır ki, suni bahalaşmaya son qoyulmalıdır. Burada çox ciddi cəza tədbirləri görülməlidir. Şübhəsiz, qiymətlərin süni şəkildə artırılması aztəminatlı ailələrin dolanışığına mənfi təsir edir, onların narazılığına səbəb olur. Ekspertlərin bildirdiyi kimi, qiymətlərin durmadan artması nəticədə əhalinin gəlirlərinin dəyərsizləşməsinə, alıcılıq qabiliyyətinin aşağı düşməsinə, yoxsulluq səviyyəsinin artmasına gətirib çıxarır. Ona görə də müvafiq qurumlar süni qiymət artımı ilə bağlı mübarizəni daha da gücləndirməli, “qaz vurub qazan doldurmaq” istəyənləri, nəfsinin eşqi ilə alışıb yananları, vətəndaşlarımızın cibinə girənləri sərt şəkildə cəzalandırmalıdırlar. Aidiyyəti qurumlar imkan verməməlidirlər ki, dövlətimizin vətəndaşlarımızın rifah halını yaxşılaşdırmaq siyasətinə kölgə salsınlar.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanın ərəb dünyasında nüfuzu artmaqdadır

Next

Vətənin igid oğlu

Xəbər lenti

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv