Cəmiyyət 

FUAD MƏMMƏDOV:”FİDAT BİZİM İKİNCİ ATAMIZ İDİ…”

Şəhid kimdir?
Vətən uğrunda sinəsini sipər edən şəxsdir.Vətənimizə,millətimizə xələl gətirən qüvvələrə qarşı vuranlardır.
Şəhidlik müqəddəs,ali zirvədir.Bu zirvəyə ucalanlar Allahın sevimli bəndələridir.
Azərbaycan xalqı olaraq,şəhidə dəyər vermək hər bir insanın borcudur.Bu günlərdə də bizlərin vəzifəsi,amalı bir olmalıdır.Vətəninə,millətinə dəyər verən insan tarixinə hakim olmalıdır,onu gələcək nəsillərə aşılamağı bacarmalıdır.Şəhidlər ölməz,Vətən bölünməz .Şəhidlər anılmadıqda,tanıdılmadıqda ölər.Vətən borclarını yerinə yetirən şəhidlərimizi yad etməli,bütün nəsillərə tanıtmağı özümüzə borc bilməliyik .

 

“Aran Media Group” un rəhbərliyi və “Şəhid ,qazi ailələrinə könüllü dərs keçən müəllim heyəti” nin dəstəyi ilə 8 fevral 2023 tarixində şəhidimizin Fidat Məmmədovun ailəsi ilə görüş təşkil edildi.Görüşdə şəhidin bacıları Hicranə və Dürdanə Məmmədova,qardaşı Fuad Məmmədov,döyüş yoldaşı Məzahir Allahyarov,Qazax rayonunun sakinləri,məktəblilər və müəllim heyəti iştirak etmişdir.

Tədbirdə ilk olaraq,şəhidlərimizin və qardaş ölkə Türkiyədə baş vermiş zəlzələ zamanı həyatını itirənlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edildi daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.İlk olaraq,məktəblilər şəhidlərimizə həsr olunan şeirləri tədbir iştirakçıları qarşısında səsləndirdilər.
Daha sonra şəhidin ailə üzvlərinə söz verildi.Hicranə Məmmədova şəhidimiz Fidat Məmmədovun həyat və döyüş yolundan danışdı.Daha sonra Dürdanə xanımın həyat yoldaşı Elçin Həsənov sözlərinə davam etdi.Elçin bəy deyirdi:”Mən Fidatla cəmi nə az,nə çox 2 saat ünsiyyət qurmuşam.Düzdür ,bir insan haqqında 2 saata fikir söyləmək çətindir,amma mən Fidatın o qısa müddətdə necə igid,cəsur olduğuna şahid oldum”.
Şəhidimizin qardaşı Fuad Məmmədov:”Fidat çox igid oğul idi,adı keçəndə belə biz özümüzə çəki düzən verirdik ki Fidat gəlir.Fidat bizim üçün çox dəyərli qardaş olub.Biz onu atayla bir səviyyədə tutardıq.O bizim ikinci atamız idi”.
Daha sonra şəhidimizin döyüş yoldaşı Məzahir Allahyarov sözlərinə davam etdi.Məzahir Allahyarov:”Fidat şücaətini cəbhədə layiqincə göstərmişdi.Onun haqqında nə desək azdır”.

Tədbirin ikinci yarısında müəllim heyəti,şəhid,qazi ailələri çıxış etdilər.

Şəhid Fidat Məmmədov 5 dekabr 1959-cu ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1966-1977-ci illərdə şəhid Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. 1978-ci ildə keçmiş sovetlər birliyi ordusunda hərbi xidmətdə olmuşdur. Hərbi xidmətinin son aylarında Əfqanıstanda gedən döyüşlərdə iştirak etmişdir. Göstərdiyi igidlik müvafiq medallarla qiymətləndirilmişdir.
1980-1981-ci illərdə Bakıda 6 saylı Texniki Peşə Məktəbində təhsil almışdır. 1993-cü il yanvar ayının 5-də Ağstafa rayonunun Köhnə Qışlaq kəndində Qələmçə yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ailəliydi, 1 qız, 2 oğul yadigar qalıb.
Vətən uğrunda canından keçən şəhidimizin göstərdiyi qəhrəmanlıq dövlətimiz tərəfindən də qiymətləndirilmişdir. O, Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 1994-cü il tarixli Fərmanı ilə ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunmuşdur.

Allah rəhmət etsin!

Layihə rəhbəri :”Aran Media Group”
Şeyda Əzizova
Moderator:
Nərmin Quliyeva

Daha çox xəbərlər