Taksi sürücülərini SEVİNDİRƏCƏK XƏBƏR – Bakıda pulsuz…

Taksi sürücülərini SEVİNDİRƏCƏK XƏBƏR – Bakıda pulsuz…

Paytaxtın 20 Yanvar dairəsi, “Şamaxinka” adlanan ərazi, 3-cü mikrorayon dairəsi və avtovağzalın ətrafında fəaliyyət göstərən və pərakəndə şəkildə rayonlara sərnişin daşıyan minik taksiləri üçün Bakı Beynəxalq Avtovağzal Kompleksində ödənişsiz duracaq yeri təşkil edilib.

ARANTV.AZ  BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.

O bildirib ki, taksi fəaliyyəti ilə məşğul olan daşıyıcıların vahid mərkəzə cəlb edilməsi, vətəndaş məmnunluğu və təhlükəsizliyi, müxtəlif ərazilərdə tıxacların azaldılması üçün sürücü və sərnişinlərin belə duracaqlardan istifadəsi zəruridir.