Rusiyada hərbi təyyarə qəzaya uğrayıb
Rusiyanın Valuyski şəhərində (Belqorod vilayəti) Müdafiə Nazirliyinin təyyarəsi qəzaya uğrayıb.
Bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.
“Hazırda hadisə yerində istintaq qrupu və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyir. Hadisənin səbəbi araşdırılır. Vəziyyət nəzarət altındadır”, – deyə Qladkov “Telegram” kanalında yazıb.
Pilot katapult edə bilib.

