Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Zakir Həsənov: “Ərazi bütövlüyünün bərpasında Azərbaycan qadını bu gün yaxından iştirak edir”

By Vüsal Rafiqoğlu
07.03.2023 2 Min Read

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xanımları təbrik edib.

Müdafiə Nazirliyinin təbrik mətnini təqdim edirik:

“Əziz xanımlar!

Sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, hər birinizə ən xoş arzularımı bildirirəm.

Azərbaycan qadını tarix boyu şərəfli və müqəddəs ana adını uca tutmaqla müdrikliyi, idarəetmə strukturlarında işgüzarlığı, saflığı və mübarizliyi ilə keçmişimizə ən parlaq səhifələr yazıb. Respublikamızın ictimai-siyasi, mədəni həyatında, cəmiyyətdə fəal iştirak edərək Vətənin müdafiəsində və dövlət quruculuğunda xüsusi bacarıq, istedad nümayiş etdirməklə yanaşı, ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə cəsarət və qorxmazlığı ilə seçilib.

Dövlətçilik tariximizin şərəfli səhifəsi sayılan Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri – qadınlara seçmək və seçilmək hüququnun verilməsi, cəmiyyətdə onların xüsusi hörmətə və nüfuza malik olduqlarını bir daha xarakterizə edir.

Respublikamız dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra da Azərbaycan qadınının cəmiyyətdə əvəzsiz rolu bir daha təsdiqlənib. Milli dövlət quruculuğu prosesində, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılmasında fəal iştirakı Azərbaycan qadınının dünyagörüşünün zənginliyinin, intellektual səviyyəsinin yüksək olmasının bariz nümunəsidir.

Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qadınlar da fəal iştirak edib, qəhrəmanlıq, fədakarlıq nümunələri göstəriblər. Vətənimizin azadlığı uğrunda və müqəddəs amal naminə neçə qadın şəhid olub, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Azərbaycan qadını gənc nəslin Vətənə, Dövlətə sevgi, müstəqil dövlətçiliyə və azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda tərbiyə olunmasına öz böyük töhfələrini verib və onların xalqa, cəmiyyətə layiqli övlad kimi formalaşmasında əsl vətəndaş, əsl ana kimi əməyini əsirgəməyib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə milli-mənəvi dəyərlərimizə, humanizm ideyalarına xidmət edən və ənənələrimizi qoruyub yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunmasında, eləcə də ölkəmizin müdafiə qüdrətinin artırılmasında və ərazi bütövlüyünün bərpa edilməsində Azərbaycan qadını bu gün yaxından iştirak edir. Mərhəməti, humanistliyi, xeyirxahlığı, müdrikliyi və zəngin dünyagörüşü ilə fərqlənən qadınlarımız ordu quruculuğunda da yaxından iştirak edirlər. Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə xidmət edən yüzlərlə qadın Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirir. Mülki işlərdə çalışan qadınlarımızın da əməyi yüksək qiymətləndirilir.

Azərbaycanın müstəqilliyi, suverenliyi, torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş qadınlarımızın əziz xatirəsini ehtiramla yad edir, şəhid analarına, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ömür-gün yoldaşlarına, əsgər analarına səmimi bayram təbriklərimi çatdırır, yüksək hörmət və ehtiramımı bildirirəm.

İnanıram ki, bütün qadınlar kimi, Azərbaycan Ordusunda xidmət edən hərbi və mülki işlərdə çalışan qadınlar da bundan sonra da ölkə rəhbərliyinin etimadını doğruldacaq, göstərilən diqqət və qayğıya layiqli cavab olaraq Vətənə, Xalqa, Dövlətə sədaqət göstərəcəklər.

Bayramınız mübarək, əziz xanımlar!”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ramiz Rzayevin səlahiyyət müddəti bitib – VİDEO

Next

Alimdən HƏYƏCAN TƏBİLİ: “Xəzərdə suyun səviyyəsi 2050-ci ilə qədər düşəcək” – FOTO/VİDEO

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv