Gündəm 

Ulu Öndərin dövlət qarşısında misilsiz xidmətərini xalqımız heç vaxt unutmayacaq

Azərbaycan xalqının ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydar Əliyev çoxəsirlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir şəxsiyyətdir. Tarixin yaddaşında əbədi iz qoymaq hər şəxsiyyətə nəsib olmayan böyük xoşbəxtlikdir.

Ulu öndər Heydar Əliyev bütün həyatını xalqın xoşbəxt gələcəyinə, güclü Azərbaycan dövlətinin yaradılmasına, inkişafina həsr etmişdir. Onun vətən və xalq qarşısında xidmətləri misilsizdir. Beynəlxalq normalara söykənən demokratik hüquqi dövlətin yaranması, milli mənəvi və əxlaqi dəyərlərin qorunub saxlanılması, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması Ümummilli liderimiz Heydar Əliyevin xidmətidir.
Heydar Əliyevin ən yüksək xidmətlərindən biri də Azərbaycançılıq məfkurəsinin, milli ruhun yüksəldilməsi, milli özünüdərkin inkişafı kimi prinsiplərin əsas amilə çevrilməsi idi. Dahi liderin vətənpərvər fəaliyyətinin nəticəsi olaraq ölkəmizdə milli ruhlu ziyali təbəqəsi formalaşdı.
Ümumilli lider müstəqil Azərbaycan dövlətinin yaradılması, onun yaşaması və qorunmasının hər bir Azərbaycan vətəndaşının vəzifəsi olduğunu bildirərək qeyd etmişdir: “Biz müstəqil Azərbaycan dövləti yaradırıq və onu ele yaratmalıyıq ki, heç bir qüvvə onu heç vaxt heç yana əyə bilməsin, heç bir dövlət Azərbaycan xalqının milli azadlığını, müstəqilliyini əlindən ala bilməsin. Bunun üçün hər kəs bu müstəqilliyi qorumaqdan ötürü sadiq olmalı və öz şəxsi mənafeyini milli mənafeyindən aşağı tutmalıdır. Milli mənafe, dövlət mənafeyi hər şeydən üstün olmalıdır”.

Heydar Əliyevin dövlət qarşısında misilsiz xidmətlərini xalqımız heç vaxt unutmayacaq. Müasir Azərbaycan tarixinin böyük bir hissəsi, önəmli mərhələsi Ulu Öndərin adı ilə bağlıdır. Onun 34 illik rəhbərlik dövrü Azərbaycan tarixinin ən mühüm inkişaf mərhələsi olmuşdur. Ölkəmizin bugünki uğurları Heydar Əliyev strategiyasının təntənəsidir.
Azərbaycan bu gün dünyanın sürətlə, hərtərəfli inkişaf edən dövlətlərindən birinə çevrilmişdir. Tariximizə xilaskar və qurucu lider kimi daxil oluş Heydar Əliyev xalqımızın taleyində, siyasi-ictimai və mədəni həyatında böyük xidmətlər göstərmişdir.

Ulu Öndərin milli ideyaya bağlılığı,irəli sürdüyü təşəbbüslər, ideya və təkliflərin, xarici siyasətdə çevik, bir çox hallarda heç də hamının dərhal anlaya bilmədiyi uzaqgörən addımlarının ölkənin milli maraqlarına xidmət etməsinə olan sarsılmaz ictimai-fəlsəfi  mahiyyətini təşkil edən mühüm amildir.

Xalq yaxşı bilirdi ki,parçalanmaq,dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmış Azərbaycanı Heydər Əliyev qurtara bilər.Ona görə də xalq arasında Heydər Əliyevə inam və etibar getdikcə artırdı. Təsadüfü deyil ki, ölkədəki vətəndaş qarşıdurmasına da Heydər Əliyevin səyləri son qoydu.

Heydər Əliyevin apardığı dövlət siyasəti sayəsində Azərbaycan regionun ən etibarlı və güclü dövlətlərdən birinə çevrildi.”Əsrin müqaviləsi”nin imzalanması,Bakı-Tibilisi-Ceyhan neft kəməri kimi qlobal əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi Heydər Əliyev siyasətinin uğurudur. Ulu öndərin son dərəcə böyük dəyər kəsb edən xidmətlərindən biri də onun yalnız milli inkişaf strategiyasının həyata keçirməklə kifayətlənməməsi idi.Çünki qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün mövcud olan siyasi kurs davam etdirilməli və bu mənada siyasi-ideoloji varislik qorunub saxlanılmalı idi.Heydər Əliyev kursunun layiqli davamçısı İlham Əliyev Heydər Əliyev strategiyasını uğurlu davamçısı oldu.

Ulu öndərin Heydər Əliyev siyasətinin bariz nümunəsidir ki,prezident İlham Əliyev tərəfindən çöx uğurla aparılmış siyasətin nəticəsi olaraq Torpaqlarımızın mənfur erməni işğalında azad olunması ilə başa çatması, 44 günlük müharibədən qalib olaraq ayrilmasıdır. Ulu Öndərimiz tərəfindən təməli  qoyulan qələbəni Azərbaycan xalqına yaşadan İlham Əliyev özünün dediyi kimi ata vəsiyyətini yerinə yetirmişdi.

Bu gün Azərbaycan dünya arenasında öz sözünü deməyi bacaran, baş verən reallıqları bütün dünyaya tanıdan qalib bir ölkədir. Bütün bunların arxasında Heydər Əliyevin vaxtına həyata keçirdiyi dövlətçilik siyasətinin bəhrəsidir.

İncəgül Əliyeva,
YAP Xətai rayon təşkilatının “Marad Əmirxanov 2” ünvanı üzrə ərazi partiya təşkilatınım üzvü,
Tarix müəllimi

Daha çox xəbərlər