Dünya 

Kolumbiyada hərbi helikopter qəzaya uğradı: Ölənlər var – VİDEO

Kolumbiyanın qərbində Kibdo şəhəri yaxınlığında hərbi helikopter qəzaya uğrayıb. Nəticədə dörd əsgər həlak olub.

Bu barədə ölkə prezidenti Qustavo Petro məlumat verib.

“Təəssüf edirəm ki, Kibdoda baş verən helikopter qəzasından sağ çıxan yoxdur. Bu faciəvi anda ölən hərbçilərin ailələrinə dəstəyimi ifadə edirəm”, – deyə o, “Twitter” hesabında paylaşım edib.

Hadisənin səbəbləri hələ ki müəyyən edilməyib.

Mənbə: TASS

Daha çox xəbərlər