Hadisə 

“Niva” sürən qadın anasını vurub öldürdü

Balakən rayonunda maşınla vurulan qadın vəfat edib.

ARANTV.AZ-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl olub.

Belə ki, Balakən rayonunun Talalar kənd sakini Aygün Qarayeva yaşadığı evin həyətində “Niva” markalı avtomobili idarə etdiyi zaman ehtiyatsızlıqdan anası, 1964-cü il təvəllüdlü Məlahət Qarayevanı vurub.

Onun vəziyyəti ağır olduğundan Respublika Klinik Xəstəxanasına göndərilib və bir neçə gündən sonra orada vəfat edib.

Daha çox xəbərlər