Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Gəlmə olsalar da, yaşadıqları ölkəni Vətən sayırlar… – FOTO

By Vüsal Rafiqoğlu
10.04.2023 4 Min Read

Onlar nə qədər gəlmə olsalar da, yaşadıqları ölkəni, torpağı Vətən sayırlar.

Qaraçılar haqqında nəinki ölkəmizdə, eləcə də dünyada formalaşan bir fikir var. Onlar hara getsələr, əksər hallarda dilənməklə, qapılardan sədəqə yağmaqla dolanırlar. Onların falçılıqla məşğul olanları, fırıldaqla pul qazananları da az deyil.

Bizim.media olaraq bu gün Qax rayonun Qapıçay və Güllük kəndlərində məskunlaşan qaraçılar barədə söhbət açmaq istəyirik.

Doğrusu, onlar ailəyə kənar kiminsə gəlməsini, onları öyrənməsini, araşdırmasını istəməsələr belə, dostların köməyindən faydalanaraq,  günlər sonra kəndə bir qədər yaxınlaşmağa nail oluruq. Yeri gəlmişkən, onlar şəkil çəkdirmək, obyektiv qarşısında dayanmaq barədə qəti düşünmürlər. Lakin bir istisna var.

Bu barədə bir qədər sonra…

Qaxın Güllük kəndində 70, Qapıçayda 80 ailə yaşayır. Qapıçay kəndi Güllük inzibati dairəsinə daxil olduğundan elə icra nümayəndəsi İlqar Məmmədova müraciət edirik. Birinci Qarabağ müharibəsinin iştirakçısı olan İlqar Məmmədov qaraçılarla bağlı söhbəti eşidən anda bir qədər tərəddüd etsə də, işimizə mane olmur. Sadəcə, “Bir qədər ehtiyatlı davranın. Bəziləri gəlib onları qızışdırır. Ya hansısa təxribatçı suallar verib, narahat edir”, – deyir.

Kənd icra nümayəndəsindən onu da öyrənirik ki, qaraçılar Qapıçaya və Güllüyə İrandan sürgün olunanların nəslindəndirlər. Elə Qapıçay kəndində yaşayanları götürsək, burada axıska türkləri ilə uzun illərdir birgə yaşayış mövcuddur və insanlar dövlətə, xalqa bağlıdır. Xeyir-şərləri də birdir.

Baron, yoxsa tayfa başçısı, ya da obanın ağsaqqalı?

Dostların məsləhəti ilə kəndin ağsaqqalı Oruc kişi ilə görüşürük. Niyə məhz Oruc dayı? Yəqin düşünə bilərsiniz ki, qaraçılarda Baron deyilən və orada yaşayanların bütün işinə cavab verən birini nəzərdə tuturlar.

Xeyr, qətiyyən elə deyilmiş. Oruc dayı ilə elə ilk salam-kəlamdan “Şərti şumda kəsirik”.  Deyir ki, “Sayıb ağsaqqal kimi qapımı döymüsünüzsə, elə ağsaqqal olaraq da qəbul edin. Yox, başqa yerə yozacaqsınızsa, söhbətimiz alınmaz”.

“Əlbəttə, fikrimiz yozmaq deyil, tanış olmaqdır”, – deyib, kişinin bozaran və qatılaşan səsini yumşaltmağa nail oluruq.

Müsahibim deyir ki, onlar da bu kəndə sonradan gəliblər. Lakin hər elin-obanın bir qaydası olduğu kimi Qaxın da ab-havası, təbiəti kimi insanları var. “Nə yaxşı ki, burada məskən salmışıq. Sağ olsunlar, özüm ağır oturub, batman gələn insanam. Gənclər də mənə ağsaqqal kimi dəyər verir”.

Qapıçay balaca bir kənd olduğundan hamı hər kəsi tanıyır. Oruc kişi deyir ki, kəndin başında qışqıranda aşağıda eşitmək mümkündür. Ona görə sakitlikdir. Hər kəs öz işi ilə məşğuldur.

Məktəb və bağça onların həyatını dəyişir

Oruc kişi ilə danışarkən bizi çaya qonaq edən xanımın söhbətimizə maraqlı replikaları ilə yön verməsi diqqətimizdən yayınmır. Kişinin yanında səsini ucaltmasa belə, deyir ki, onların həyatında kənddə məktəbin və uşaq bağçasının fəaliyyət göstərməsi mühüm dəyişikliklərə səbəb olub. Qadın özünün də bağçada çalışdığını və uşaqların, ailələrin təhsildən sonra nə qədər Vətənə bağlı olduğunu diqqətimizə çatdırır. Ailə üzvləri ilə söhbət əsnasında öyrənirik ki, əvvəllər kənddə uşaqların əksəri dərsdən yayınar və getməzdilər. İndi isə valideynlər könüllü olaraq uşaqları bağçaya aparırlar.

Şəhidi var bu kəndin…

Oruc dayı ilə sağollaşıb ayrılarkən – “Biz dövlətə, xalqa bağlı insanlarıq. 44 günlük müharibədə gənclərimiz iştirak ediblər. Şəhidimiz də var”, – deyir. Əlbəttə, bu məqam diqqətimizdən yayına bilməzdi. Kəndin girişində şəhid bulağının olması da bundan xəbər verirdi.

Məlum oldu ki, Vətən Müharibəsinə bu kənddən də xeyli könüllü qatılıb. 19 yaşlı Samsun Babayev də onlardan biri olub. Onunla yanaşı böyük qardaşı da döyüşlərdə iştirak edib. Babayevlər ailəsi də atası İrandan, anası isə Gürcüstandan olan azərbaycanlılardandır.

Məlum oldu ki, bulağın arxa tərəfi elə Babayevlərin evidir. Şəhidimizn anası Çimnaz Babayevaya başsağlığı verib, şəhidlərə dua etdikdən sonra bir-iki kəlmə söhbətləşirik. Deyir, uşaqları vətənpərvərdir. Hər ikisi döyüşlərə könüllü qatılıblar. İndi böyük oğlu da hərbi xidmətdə müqavilə ilə işləmək üçün sənəd hazırlayır.

Bax belə… 

Çoxmillətli, çoxkonfessiyalı Azərbaycanımızın ucqar bir yaşayış məntəqəsində eşidib-gördüklərimizi qələmə almağa çalışdıq. Elə olduğumuz Qapıçay kəndində bir neçə xalqın nümayəndəsinin artıq bir ailə kimi formalaşdığının canlı şahidi olduq.

Xüsusən qaraçılar barədə dolaşan söz-söhbətlər bu kənddə artıq nağıla çevrilir. Çünki onlar qaynayıb-qarışırlar, çünki onlar dostla-düşməni ayırd edə bilirlər…

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Qarabağdakı dağıntılar bombardmanın nəticəsi yox, “əl işi” idi – FOTO/VİDEO

Next

Aprelin 20-də bu ilin ilk Günəş tutulması baş verəcək

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv