Sahibkarların NƏZƏRİNƏ! – 12 aprel saat 12:00-da…
SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.
Bu barədə Musavat.com-a “Azəriqaz” İB-dən məlumat verilib.
Bildirilir ki, SOCAR “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası çərçivəsində KOBİA nümayəndəsinin iştirakı ilə sahibkarlarla Ağsu rayonunda görüşü təşkil olunacaq. Aksiya Ağsu şəhəri, Bayraq Meydanında baş tutacaq. “Səyyar qəbul otağı” aprel ayının 12-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
![]()

