Hadisə 

Gəncədə beş aylıq körpə xəstəlikdən ölüb

Gəncədə körpə qız xəstəxanada ölüb.

APA-nın yerli bürosunun məlumatına görə 2022-ci il təvəllüdlü M.Məmmədova valideynləri tərəfindən xəstəxanaya yerləşdirilib.

Azyaşlıya dərhal ilkin tibbi yardım göstərilib. Aparılan profilaktik tədbirlərə baxmayaq, 5 yaşlı qız xəstəxanada ölüb.

İlkin məlumata görə, azyaşlı xəstəxanaya qızdırma ilə gətirilib. Bundan başqa, onun qan xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Ölüm faktı ilə bağlı araşdırma aparılır.

Daha çox xəbərlər