Kriminal 

Polis əməliyyat keçirib: saxlanılan var

DİN-in Mətbuat xidmətindən Arantv.az-a bildirilib ki, üzərindən marixuana aşkar edilən şübhəli şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun yaşadığı evin yaxınlığında odlu silah da gizlətməsi məlum olub. Qeyd edilən ünvana baxış keçirilən zaman oradan 1 ədəd “Kalaşnikov” avtomatı, 2 ədəd həmin avtomata məxsus daraq və 10 ədəd patron aşkar edilərək götürülüb.

Bundan başqa, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakinləri Arxein Məmmədov və Ruslan Süleymanzadə saxlanılıb. Şübhəli şəxslərin üzərlərindən müvafiq olaraq heroin və marixuana edilərək götürülüb.

Aşkar edilən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Daha çox xəbərlər