Kriminal 

Kürəkəni vaxtilə tələbə qızı zorlayan ermənini qətlə yetirdi – FOTO/VİDEO

Surqutda (Rusiya) ermənilərin yaşadığı məhəllədə sakinlərin gözü qarşısında dəhşətli cinayət baş verib.

Belə ki, 41 yaşlı erməni Hovik qayınatası Mehak Kurkçyanı yeddi bıçaq zərbəsi ilə öldürüb.

Şahidlər baş verənləri lentə alıblar.

“Cinayətkar kafe işçilərinin gözü qarşısında 59 yaşlı kişiyə yeddi bıçaq zərbəsi vurub, bundan sonra o, silahını yerə ataraq qaçıb. Sonradan məlum olub ki, münaqişə kürəkən və qayınata arasında olub”, – deyə yerli hüquq-mühafizə orqanından bildirilib.

Dava Hovikin arvadını mütəmadi döyməsi və Mekhakın isə qızının tərəfində durmaq üçün ora getməsinə görə baş verib.

Hovik qayınatasını bıçaqladıqdan sonra müəssisənin içərisinə girməyə çalışsa da, videonu çəkən işçilər onu içəri buraxmayıblar. Cinayətkar daha sonra avtomobilinə minərək oradan uzaqlaşıb.

Hazırda cinayətkar axtarışdadır.

O da məlum olub ki, ölən kişi 2007-ci ildə Surqutda tələbə olan Svetlana Lukaşonokun zorlanması və öldürülməsi ilə bağlı cinayət işinə cəlb edilib.

Müstəntiqlərin sözlərinə görə, Svetlananın qonşusu Artyom Pavlyuk onunla gecə klubunda görüşüb, sonra onu evə aparmağı təklif edib. Bunu üçün tanışı taksi sürücüsü Mekhak Kurkçana zəng edib. İstintaq müəyyən edib ki, onlar növbə ilə qızı zorlayıblar, daha sonra Kurkçan onu boğub.

Əvvəlcə Kurkçana 20 il həbs cəzası verilsə də, o, Ali Məhkəməyə apellyasiya şikayəti verib, nəticədə Kurkçana bəraət verilib. Öldürülən tələbənin qonşusu Pavlyuk isə hələ də dəmir barmaqlıqlar arxasındadır.

Mənbə: “Meqopolis YUQRA” “Telegram” kanalı

Daha çox xəbərlər