Pirallahıda evdən 10 000 manatlıq qızıl oğurlanıb
Pirallahı rayonu Gürgan qəsəbəsində yerləşən evlərin birindən oğurluq edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, iyunun 2-də qəsəbədə yerləşən evlərin birində 450 manat pul və 10 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri K.Əliyev, N.Bayramlı və M.İsmayılov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.