Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

SOCAR nümayəndə heyəti Çin Xalq Respublikasına səfər edib – FOTO

By Vüsal Rafiqoğlu
20.11.2023 4 Min Read

13-17 noyabr 2023-ci il tarixlərində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndə heyəti Çin Xalq Respublikasına səfər edib. Nümayəndə heyəti öncə Çin Neft Universitetinin Tarix Muzeyi və laboratoriyası ilə tanış olub.

Bu barədə SOCAR məlumat yayıb.

Bildirilib ki, Çin Neft Universitetinin rektoru professor Vu Siaolin və universitetin pedaqoji heyəti ilə keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin birgə səyləri nəticəsində bu gün ölkələrimiz arasında qarşılıqlı etimada və dostluğa əsaslanan münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən elm və təhsil sahələrində uğurla inkişaf etdiyi vurğulanıb. Bu xüsusda, müasir dövrdə ölkələrimiz arasında yüksələn xətt üzrə inkişaf edən münasibətlərimizin əsasının məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edən nümayəndə heyəti 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunduğunu bildirib və bu münasibətlə il ərzində SOCAR tərəfindən müxtəlif sahələrdə keçirilən silsilə tədbirlər haqqında qarşı tərəfə ətraflı məlumat verib.

Görüşdə, Bakı Ali Neft Məktəbi (BANM) və Çin Neft Universiteti arasında əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri barədə müzakirələr aparılıb. Bu xüsusda, bərpa olunan enerji və süni intellekt sahələrində birgə fəaliyyətə böyük dəyər verildiyi qeyd edilib. Bir neçə ay bundan əvvəl BANM-də təşkil edilən təcrübə mübadilə proqramına qatılan çinli tələbələrin, orada qazandıqları təcrübədən xoş təəssüratlarla geri döndükləri bildirilib.

Görüşün sonunda BANM-lə Çin Neft Universiteti arasında birgə tədqiqat fəaliyyəti, müəllim və tələbə mübadiləsi, tədris və elmi materialların mübadiləsi, elmi forum və konfransların təşkilini nəzərdə tutan əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqavilənin iki universitet arasında gələcək əməkdaşlığın dərinləşməsinə töhfə verəcəyi xüsusilə qeyd edilib.

Daha sonra, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Çin Neft Universitetində təşkil olunan, ulu öndərin ölkəmizin neft-qaz sənayesinin inkişafına göstərdiyi yüksək diqqəti əks etdirən nadir fotoların da yer aldığı sərginin açılış mərasimi keçirilib. Sərginin açılışında ulu öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində ölkəmizin bütün sahələrdə davamlı inkişafı üçün sağlam təməllərin qoyulduğu qeyd edilib. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi enerji strategiyasının ölkəmizin hərtərəfli inkişafında mühüm rolundan, ulu öndərin Azərbaycan neftçilərinə göstərdiyi qayğıdan bəhs olunub. Açılışda Çin Xalq Respublikasında təşkil olunan sərginin dost Çin xalqının Azərbaycanın ümummilli liderinə olan sonsuz hörmətinin bariz nümunəsi olduğu diqqətə çatdırılıb. Ulu öndər kimi dahi şəxsiyyətə həsr olunan sərginin universitetdə təşkilinin təhsil ocağı üçün vacibliyi vurğulanıb.

Səfər çərçivəsində nümayəndə heyəti, eləcə də “Huawei” şirkətinin Pekin Sərgi Mərkəzi ilə tanış olub və şirkətin rəhbər heyəti ilə ikitərəfli görüş keçirib. Görüşdə  “Huawei”  Akademiyasının dəstəyi ilə BANM-də yaradılacaq kompüter şəbəkə laboratoriyasının əhəmiyyəti vurğulanıb, müasir avadanlıqla təchiz edilən laboratoriyanın gələcək fəaliyyəti müzakirə edilib.

Görüşdə, həmçinin Çinin aparıcı informasiya texnologiyaları şirkəti olan “Huawei”  ilə 2019-cu ildən faydalı əməkdaşlığın həyata keçirildiyi bildirilib. Əməkdaşlıq çərçivəsində Azərbaycanda ilk dəfə SOCAR-ın Bakı Ali Neft Məktəbində müəllim və tələbələr üçün informasiya texnologiyaları sahəsində müxtəlif modulların onlayn tədrisinə xidmət edəcək “Huawei İT Akademiyası”nın fəaliyyətə başlaması, həmçinin kompüter şəbəkələri laboratoriyasının qurulmasına verdikləri dəstəyə görə “Huawei” şirkətinin rəhbərliyinə təşəkkür edilib, gələcəkdə əməkdaşlığın daha da inkişaf edəcəyinə əminlik vurğulanıb.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Kəlbəcərdə saxlanılan erməni diversantın cinayət işi üzrə ibtidai istintaq başa çatıb

Next

Əbdüllətif Camal Rəşid: “Azərbaycanla əhəmiyyət kəsb edən sahələrin təşviqi ilə bağlı əməkdaşlıq edə bilərik”

Xəbər lenti

  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026
  • Dəhşətli istilərdə 12 səhvi QƏTİYYƏN etməyin – ŞOK XƏBƏRDARLIQ 25.07.2026
  • Milix Yevdayev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib 25.07.2026
  • Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır 25.07.2026
  • Sabah temperatur 41 dərəcəyədək QALXACAQ – Hava proqnozu 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir – VİDEO 25.07.2026
  • Nazirlik çimərliklərə gedənlərə müraciət etdi: təhlükə var! 25.07.2026
  • BDYPİ-dən isti hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ 25.07.2026
  • Soltanlı kəndinə bu ilin sonunadək ilk köç planlaşdırılır 25.07.2026
  • 2 nazirlikdən əhaliyə həftəsonu ilə bağlı xəbərdarlıq – 41 dərəcə isti və külək… 25.07.2026
  • Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki… 25.07.2026
  • Autizmli uşaqlara qarşı artan TƏRBİYƏSİZLİK – TƏPKİ 25.07.2026
  • 41 dərəcə isti gözlənilir – ƏHALİNİN DİQQƏTİNƏ 25.07.2026
  • Bakıya DƏHŞƏTLİ İSTİLƏR gəldi – Əhaliyə TƏCİLİ xəbərdarlıq 25.07.2026
  • Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib 24.07.2026
  • Mehriban Əliyevanın başlatdığı ifşanın davamı… 24.07.2026
  • Külək güclənəcək – XƏBƏRDARLIQ 24.07.2026
  • Həkim də XƏBƏRDARLIQ etdi – Həftəsonu… 24.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv