Siyasət 

Jaklin Desfontan: “Neokolonializmlə mübarizədə Azərbaycanın dəstəyi çox vacibdir”

“Azərbaycanın neokolonializmə qarşı mübarizədə ölkələrin və təşkilatların səylərini dəstəkləməsi çox vacibdir”.

“Report” xəbər verir ki, bunu “Afroamerikalı Xalqların Beynəlxalq Komitəsi”nin nümayəndəsi Jaklin Desfontan noyabrın 21-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı” mövzusunda keçirilən konfransda deyib.

“Bugünkü tədbir göstərir ki, Azərbaycan Fransanın əsrlər boyu davam etdirdiyi müstəmləkə siyasətinə qarşı mübarizədə maraqlıdır”, – o bildirib.

Onun sözlərinə görə, tədbirdə müzakirə olunan mövzular hazırda çox aktualdır:

“Biz XXI əsrdə yaşayırıq və dekolonizasiya problemi, qadın hüquqları artıq həll olunmalıdır”.

Daha çox xəbərlər