Beyləqanda məktəblilərə məişət tullantılarıının idarəolunması barədə bilgilər verilib-VİDEO
13 iyun 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “ Ekoloji İnformasiya” İctimai Birliyi “ Bərk məişət tullantılarının idarəolunması ilə bağlı regionlarda maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində ilk tədbirini keçirib.
ARANTV.AZ xəbər verir ki, Beyləqan şəhər 2 saylı Tam Orta Məktəbdə məktəblilərin iştirakı ilə keçirilən ekoloji məlumatlandırma sessiyyasında 40 nəfərdən çox şagird iştirak edib.
Tədbiri açan Beyləqan rayon Təhsil Şöbəsinin əməkdaşı Suliddin Əsgərov qonaqları salamlayaraq, layihə fəaliyyətində “Ekoloji İnformasiya” İB-nə uğurlar arzulayıb.
“ Ekoloji İnformasiya “ İB-nin sədri Musa Muradlı Ekologiya və ətraf mühit məsələləri istiqamətində aparılan dövlət siyasətindən danışaraq, mütəmadi olaraq qanunvericilik bazasının yeniləndiyini, ölkə başçısının davamlı olaraq ekoloji vəziyyətin yaxşılaşdırılmasını nəzərdə tutan sərəncamlar verdiyini qeyd edib.Ötən ilin noyabr ayında Bərk məişət tullantılarının idarəolunmasına dair Azərbaycan Respublikasının prezidentinin Milli Strategiya planını təsdiq etməsini ekoloji islahatların bariz nümunəsi adlandırıb.
“ Ekoloji İnformasiya” İB-nin sədr müavini, layihə üzrə ekspert Xosrov Musayev bildirib ki, Ətraf mühitin çirklənməsi və qida ekologiyasının korlanması birbaşa sağlamlığın pozulmasına səbəb olur.Ona görə də sağlam olmaq istəyən şəxs ətraf mühitlə bağlı problemlərə həssas yanaşmalı,ekoloji durumu ağırlaşdıran hər kəsi belə hərəkətlərdən çəkindirməli, ekoloji məsuliyyəti olmayanları ictimai qınaq obyektinə çevirməlidirlər.
Bərk məişət tullantılarının idarəolunması haqqında Milli Strategiya planı barədə məlumat verən ekspert Xosrov Musayev məktəblilərlə diskusiya şəklində müzakirə edərək tədbirin maraqlı keçməsinə nail olub.
Diskusiyanın ardınca 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdir İsrafil Paşayev çıxış edərək məktəblilərin müzakirələrdə fəallığını yüksək qiymətləndirib.
Tədbirin gedişində ekoloji müzakirələrdə fəal iştirak edən 10 nəfər şagirdə “ Ekoloji İnformasiya” İB-yi təşəkkürnamə təqdim edib.
Sonda tədbir iştirakçıları üçün çay süfrəsi açılıb, buklet, qələm, yazı dəftərçələri hədiyyə edilib.





