12 dekabr 2023-cü il tarixdə məktəbdə Heydər Əliyevin 100 illiyinə həsr olunan tədbir keçirilib
12 dekabr – Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar A.Süleymaniv adına Şorəlli kənd tam orta məktəbdə tədbir keçirilib.
Tədbirin bədii hissəsində şagirdlərin ifasında şeirlər səsləndirilib. Məktəbin bədii özfəaliyyət kollektivlərinin tarixi şəxsiyyətlərlə bağlı hazırladıqları kiçik səhnələr, ifa edilən milli musiqilər iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb.







