Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Makronun Azərbaycan qorxusu: Paris indi də abidələrə qarşı vandalizmə başlayıb – ŞƏRH + FOTO

By Vüsal Rafiqoğlu
24.12.2023 3 Min Read

Fransız ədib Aleksandr Dümanın Qafqaza səfəri ilə bağlı yazdıqlarını əksəriyyət yəqin ki, oxuyub. Məşhur yazıçı özünün xatirələrində Azərbaycan xalqının qonaqpərvərliyi, tolerantlığı ilə yanaşı, ermənilərin “xarakter”ini də gözəl təsvir edib. Onun səfərində ən maraqlı hissə azərbaycanlı şairə Xurşudbanu Natəvanla görüşlə bağlı xatirəsidir. Fransız ədib Natəvanla görüşdən təəssüratlarını böyük ustalıq və şövqlə qələmə alıb. Şahmat oyununda şairənin onu mat etməsinə də toxunub. A.Düma şairənin sərbəstliyi, ağıl və dünyagörüşündən heyranlığını ifadə edib, hətta ona Napoleonun Parisdən gətirdiyi büstünü və fil sümüyündən düzəldilmiş zərif şahmat fiqurunu da hədiyyə edib. Bu xatırlatmanı elə-belə etmədik. Sadəcə, üstündən 200 ilə yaxın keçib və Fransa rəhbərliyi görünür, Dümanın Natəvana məğlub olmasının “qisasını” bu ölkənin şəhərlərindən birində qoyulan abidəsindən çıxmaqla almağa çalışıb.

Məsələ ondadır ki, Azərbaycanı düşmən obrazında görən və “ermənidən artıq erməni olan” Fransa hakimiyyətinin diqqəti azərbaycanlı şairənin 2017-ci ildə Evian-le Ba şəhərində ucaldılan abidəsinə yönəlib və hesab ediblər ki, bu abidə götürülməlidir. Fransanın “Le Messager” nəşrində dərc olunan materialda bildirilir ki, şəhər merinin müavini Jan-Pyer Amadio Xurşudban Natəvana ehtiramını bildirərək abidənin müdafiəsinə qalxıb: “O, azad qadın kimi tanınır və Eviandakı abidədə örtüksüz təsvir edilib”. Ardınca da bildirib ki, “əlbəttə, biz erməni xalqını dəstəkləyirik, lakin mədəniyyət və incəsənət xalqları və ölkələri birləşdirən ən etibarlı körpüdür. Hər şeyi aradan qaldırıb bu körpüləri dağıtmalıyıq?”

Əslində, mer müavininin dedikləri də Fransada Azərbaycana qarşı aparılan kampaniyanın arxasında erməni lobbisinin durduğunu təsdiqləyir.

Fransanın tarixi abidələrə münasibəti bizlərə Ermənistanı xatırladır. Natəvanın digər abidəsini vaxtilə erməni separatçıları Şuşada gülləbaran etmişdilər. Azərbaycanın səyi nəticəsində abidə Bakıya gətirilmişdi. Yəni, Paris və İrəvanı bu məsələdə birləşdirən “dəyərlər” var. Ermənistanın 30 il ərzində tarixi Azərbaycan torpaqlarında törətdiyi vandalizmi bu gün Fransa öz torpaqlarında həyata keçirməyə çalışır.

Reallıq odur ki, Fransa getdikcə ksenofob bir cəmiyyətə çevrilir və son addım da buna parlaq nümunədir. Paris mədəni şovinizm, qərəz və digər mədəniyyətlərə qarşı dözümsüzlük siyasəti nümayiş etdirir.

Natəvanın abidəsi ilə yanaşı, 2015-ci ildə Azərbaycanın İsmayıllı şəhəri ilə dostluq və əməkdaşlıq xartiyası imzalayan Fransanın Evian-le Ba şəhərinin meriyası mədəniyyətə düşmən münasibət etiva edən digər bir qərar da qəbul edib. Belə ki, qərara əsasən “Azərbaycan parkı”nın qeyd olunduğu bütün yazılar yığışdırılacaq. Xatırladaq ki, “Azərbaycan Parkı” 2017-ci ildə açılıb. Fransız nəşrinin məlumatına görə, dekabrın 18-də müxalifət nümayəndələri bələdiyyə şurasından şəhərdə bu parkın adı çəkilən bütün lövhələrin rəsmən götürülməsini tələb ediblər. Şəhərin meri Jozian Leyin sözlərinə görə, artıq “Azərbaycan parkı” ilə bağlı bütün istinadlar silinib. Qeyd olunub ki, şəhər rəhbərliyinin son qərarına səbəb Fransanın Ermənistana “sevgisi” olub.

Beləliklə, demokratiya beşiyi, mədəniyyət ölkəsi, tolerant dövlət kimi yüz illərdir beynəlxalq aləmə tanıdılan Fransa sürətlə bu ənənələrindən üz döndərir. Jan Jak Russo, Şarl Lui Monteskyö, Jül Vern, Aleksandr Dümanın və digərlərinin qoyub getdikləri ənənələri islamafobiya, Azərbaycanofobiya kimi iyrənc ənənələr əvəzləyir. Fransanın son zamanlar kəskin şəkildə güclənən anti-Azərbaycan siyasəti indi mədəniyyət və incəsənət sahəsinə də keçib. Daha çox da Emmanuel Makronun idarə etdiyi Fransa, onun erməni lobbisinin təsiri altında olan dairələri hər cür iyrənc addımlara əl atır, isterikasını abidələrdən, tarixi və mədəniyyət xadimlərindən çıxır.

Fransanın Evian şəhərində Natəvanın abidəsinin yerləşdiyi park ətrafında yaranmış vəziyyət fransız cəmiyyətini çulğalayan Azərbaycanofobiyanın artıq absurd səviyyəyə çatdığını göstərir. Bu vandalizm əməli, mədəni irsin dağıdılmasını, İslamofob hərəkətə beynəlxalq ictimaiyyət, xüsusən də UNESCO dərhal reaksiya verməlidir. Qarabağın işğalı zamanı da Natəvanın məzarı dağıdılmışdı və bu gün də Fransada Natəvanın abidəsinin sökülməsi təhlükəsi erməni və fransız cəmiyyətinin hansı “ortaq dəyərlər”ə malik olmasını nümayiş etdirir. Azərbaycanı Qarabağda guya “erməni irsini dağıtmaq”da ittiham edən irqçi fransız siyasətçilər, deputatlar, merlər, jurnalistlər xəcalət hissi keçirməlidir. Abidədən qisas almaqla Fransanın erməni dairələri bir daha sübut edirlər ki, irqçilik mərəzindən qurtula bilmirlər. Lakin Parisin nə etməsindən asılı olmayaraq, bu gün xan qızı Natəvanın ruhu şaddır. Şuşa da, Xankəndi də, onun dəfn edildiyi Ağdam da, bütün Qarabağ azaddır.

“Report” İnformasiya Agentliyi

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Braziliya səfiri Azərbaycanla münasibətlərdən danışdı – VİDEO

Next

Erməni kilsəsi: Silahlı revanşizm mənbəyi – “Kaspi”nin TƏHLİLİ + FOTO

Xəbər lenti

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv