Bakıda gəncin bayrağa qarşı diqqəti – VİDEO
Xəbər verdiyimiz kimi, Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı səsvermə başa çatıb. ABŞ-nin “Oracle Advisory Group” təşkilatı Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində apardığı exit-pollun nəticələrini açıqlayıb.
ARANTV.AZ xəbər verir ki, nəticələrə əsasən Prezident İlham Əliyev 93,9 faiz seçicinin səsini qazanıb.
Dünən Prezidentin qalib seçilməsini insanlar küçələrə axışaraq sevinclə qeyd ediblər. Vətəndaşlar avtomobillərinə Azərbaycan Bayrağını sancaraq yürüş ediblər. Hava şəraitinin küləkli olması səbəbi ilə bayraqlardan biri magistral yola düşüb. Bunu görən gənc oğlan maşınları saxlayaraq bayrağımızı götürüb. Həmin qürürverici görüntüləri təqdim edirik:

