Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun vəfat edən zabitinin dəfn olunacağı yer məlum olub – YENİLƏNİB + FOTO/VİDEO

Azərbaycan Ordusunun vəfat edən zabitinin dəfn olunacağı yer məlum olub.

“Qafqazinfo” xəbər verir ki, Ülvi Bağırov sabah Salyan şəhər Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağ iqtisadi zonasında həyata keçirilən antiterror əməliyyatı zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti leytenant Ülvi Hənifə oğlu Bağırov bu gün müalicə olunduğu tibb müəssisəsində vəfat edib.

 

19:36

2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağ iqtisadi zonasında həyata keçirilən antiterror tədbirləri zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti leytenant Ülvi Hənifə oğlu Bağırov 7 aprel 2024-cü il tarixində müalicə olunduğu tibb müəssisəsində vəfat edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

“Müdafiə Nazirliyinin rəhbərliyi şəhid zabitimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət etsin!” – deyə məlumatda bildirilib.

Daha çox xəbərlər