Bakıda 500 ailə qazsız qaldı

Bakının Nəsimi rayonu ərazisində qəza baş verib.  

ARANTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Dilarə Əliyeva 243 və 249 saylı binaları təbii qazla təmin edən aşağı təzyiqli qaz xətti ağac aşması nəticəsində zədələnib.

500 abonentin qaz təminatında məhdudiyyət yaranıb.