Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Uşaqları psixoloq yanına aparmaq dəbi – rəy

By Vüsal Rafiqoğlu
11.07.2024 4 Min Read

Müasir valideynlər uşaqları ilə ünsiyyət qura bilmir

Son illər Azərbaycan valideynləri uşaqların düzgün tərbiyə edilməsi və ya çətin tərbiyə edilən azyaşlılarla bağlı problemi həll etmək üçün daha çox psixoloqa müraciət edir. İllər öncə aktual olan “ana oxlovu”, ya da “atanın zəhmli baxışları” kimi metodlar artıq uşaqları ipə-sapa yatırtmır. Belə olan halda uşaqların düzgün tərbiyə edilməsi, yeniyetmələrin davranışlarındakı aqressiyaları həll etmək də çətinləşir. Peşəkar yardımından istifadə etmək hər zamanmı işə yarayır? Yoxsa valideynlər uşaqlarla dil tapa bilmədikləri üçünmü işin asanına qaçırlar?

Türkiyəli uşaq psixoloqları müəyyənləşdirib ki, 3-11 yaşlı uşaqların valideynlərinin sözünə qulaq asmaması, onları incitməsi daha çox onların diqqət çəkmək cəhdi ilə bağlıdır. Xüsusən anaların iş qadını olduğu bu zamanda uşaqlar onlardan “oğurlanan” vaxta görə mübarizə aparırlar. Psixoloqlar müəyyən edib ki, uşaqlar bu cür asi davranışları ilə analarının onlar barədə daha çox düşünməsinə nail olmaq istəyirlər. Araşdırmaya rəhbərlik edən psixoloq Nadir Özdilek açıqlayıb ki, analar məhz uşaqlarının əcaib hərəkətlərindən sonra sanki silkələnir: “Analar məhz bu zaman uşaqlarına az vaxt ayırdıqlarının fərqinə varır və onların tərbiyəsinə, davranışına xüsusi diqqət ayırır. Amma uşaq bunu daim təkrarlayırsa, onu psixoloq yanına aparmaq lazımdır”.  Valideyn Əsmər Bədəlova deyir ki, bir neçə il uşağını psixoloq yanına aparıb. Uşağın sözə qulaq asmaması, daim evdə narazılıq yaratması, valideynlərinin onu sevməməsi ilə bağlı şikayətləri ailəni psixoloq qapısına aparıb. Qızını 11 yaşından etibarən 3 il ərzində, müəyyən fasilələrlə psixoloq yanına aparıblar. Amma bu müddət ərzində uşaq düzəlmək əvəzinə valideynlərini “psixoloquma deyərəm ha”, “ bu istəyimi həyata keçirməsəniz, bunu növbəti seansda danışacam” tipli anonslara (əslində isə şantaja) keçib. Ə.Bədəlova deyir ki, psixoloq uşağına onun çox dəyərli olmasını aşılamaqla yanaşı, valideynlərinin qüsurları olduğunu deyib: “Bundan sonra uşaq bizdə daim qüsur tapmağa çalışdı. Bizim onu guya ki, sevməməyimizlə bağlı fikri gücləndi. Bunu hər fürsətdə dedi. Sonra da bu seansları yekunlaşdırdıq. Psixoloq yanına göndərmək əvəzinə, onunla daha çox vaxt keçirməyə başladıq. Bu da çox ciddi fayda verdi. Daha sonra psixoloquna danışdıqlarını bizə danışdı və biz bununla da aramızdakı soyuqluğu həll etdik”.

Azərbaycanda uşaqlar ən çox yeniyetməlik dövründə psixoloq qapısını döyür

Araşdırmalar göstərir ki, Azərbaycan ailələrində ən çox problem uşağın yeniyetməlik dövründə yaşanır. Belə ki, müasir dövr, internet həm uşaqlarda, həm də valideynlərdə aqressiya yaradır.

Ekspertlər hesab edirlər ki, bu istiqamətdə cəmiyyətdə maarifləndirmə işlərinin aparılmasına böyük ehtiyac var. Yəni valideynlər “öz uşağımdır, özüm bilərəm necə rəftar edirəm” fikrindən birdəfəlik əl çəkməlidir. Cəmiyyətin digər sferalarında isə mərhəmət üçün yalnız yazılı qanunların qəbulu gözlənməməlidir. “Azyaşlı uşaqlar arasında olan uşaqların əsas problemləri evdə baş verən dava-dalaş üzündən keçirdikləri stress, qorxu ilə bağlı olur”. Bunu psixoloq Asəf Kərimov mətbuata açıqlamasında deyib. Psixoloq bildirib ki, uşaqların valideynlərindən birindən, televiziyada hansısa film qəhrəmanından qorxması və gecələr yata bilməməsi ilə bağlı müraciətlər tez-tez olur.

Onun sözlərinə görə, bu problemlərə, eyni zamanda valideynin televiziyada istənilən filmlərə uşağın iştirakı ilə baxması da səbəb olur ki, bunu valideynlərin bir çoxu başa düşmür: “O cümlədən uşağın qapalılığı, nitq inkişafında ləngimələrdən irəli gələn valideyn müraciətləri, hiperaktiv uşaqlarla bağlı müraciət edənlər çox olur. Uşağın sosializasiyası və həmyaşıdlarla ünsiyyətdə özünü müdafiə edə bilməməsi problemləri, evdə yeni dünyaya gəlmiş körpəyə valideynlərin diqqətinin daha çox yönəlməsi üzündən evin böyük uşağının qısqanclığından irəli gələn davranışları ilə bağlı müraciətlər də çox olur” .

A.Kərimov bildirib ki, evin böyük uşaqlarında narahatlıq qısqanclıq üzündən və özünə diqqəti yönəltmək üçün valideynlərə etdiyi hədələr şəklində büruzə verir: “Uşaq ”Mən ölmək istəyirəm”, “Siz daha məni istəmirsiz”, “Başqasının uşağı olacağam”, “Özümü damdan atacağam” kimi fikirlər irəli sürür və bir növ valideynlərinə psixoloji zorakılıq göstərir. Eyni zamanda bilmədən özünə ziyan vuracaq davranışlar da edə bilər. Məsələn, bıçaq, qayçı kimi alətləri götürərək bunu nümayiş etdirə bilər. Bu zaman məqsədi və hərəkətin mahiyyətini tam anlamayan uşaq ehtiyatsızlıqdan özünə ziyan vura bilər”.

Psixoloqun sözlərinə görə, belə hallarda valideyn maksimum diqqətli olmalı, uşaqla ünsiyyətə girməli, ona xüsusi olaraq vaxt ayırmalıdır.

A.Kərimov valideyinin belə hallarda mütəxəssisə müraciət edərək onunla bu problemin həllinə çalışmasının vacib olduğunu vurğulayıb: “Ən yaxşısı mütəxəssisə müraciət etmək və onun tövsiyələri əsasında hərəkət etməkdir.

Yeniyetmələrə gəldikdə, bu hallar daha çox diqqət tələb edir. Onların belə davranış göstərməsi daha realdır, çünki bir çox hallarda onlar emosiyalar əsasında susisidal davranış nümayiş etdirə, eyni zamanda evdən qaçmağa, qeyri-normal qruplara qoşula, zərərli vərdişlərə tütün, alkoqol, narkotik vasitələrə meyillənə bilərlər”.

Avropada uşaqları 3-4 yaşından psixoloqa göndərirlər

Avropadakı bəzi mütəxəssislər isə hesab edir ki, valideynlər övladlarının psixoloji sağlamlığı üçün 3-4 yaşından etibarən psixoloqa müraciət etməlidirlər. Bundan başqa, valideynlər heç olmasa, ildə bir dəfə psixoloqa müraciət etməlidirlər. Çünki bəzən elə faktorlar yarana bilər ki, valideynlər üçün bunu müşahidə etmək çətin olar. Psixoloq müayinə prosesində uşağın psixoloji vəziyyətinin normaya uyğun olub-olmadığını, ailədaxili problemlərin uşağa necə təsir etdiyini valideynlərə göstərə bilər. Psixoloji pozuntuları olan uşaqlarda aqressiya, davranış və ünsiyyət problemlərinə rast gəlinir. Psixoloq, bu problemlərin yaranmasına səbəb kimi valideynlərin uşaqlara az diqqət ayırmasını göstərir. Məsələn, hazırda əksər uşaqlarda ünsiyyət problemi var. Bu da uşaqların texnologiyadan çox istifadə etməsi nəticəsində yaranır.  Valideynlərin böyük əksəriyyəti elə düşünür ki, uşaq internetdə ingilis dilində mahnılar dinləyib öyrənirsə, rəngləri öyrənirsə, bu, onların inkişafı deməkdir. Əslində isə uşaqlar sadəcə əzbərləyirlər və məntiqləri geriləməyə başlayır. Uşaqlar ən azı danışana qədər kompüter, planşet və televizordan uzaq durmalıdır. Danışa bilən uşaqlar isə gündə yarım saatdan çox olmamaq şərtilə, 15 dəqiqə fasilə verərək televizora baxa bilərlər.

Sevinc TELMANQIZI, “Yeni Müsavat” 

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

NATO Zirvəsində sülh müzakirəsi – mühüm bəyanat və qərarlar

Next

Cəmiyyətdə artan aqressiya – səbəblər və çıxış yolu

Xəbər lenti

  • Sabah çimərliklərdə isti olacaq 12.07.2026
  • Sabah rayonlarda 39 dərəcə isti olacaq 12.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 12.07.2026
  • Pensiyalar nə vaxt veriləcək? – TARİX AÇIQLANDI 12.07.2026
  • Prezident: Son 80 ildə Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq Qələbə qazanmayıb 12.07.2026
  • Tovuz döyüşlərindən 6 il keçir 12.07.2026
  • Bakıda güclü külək – sürəti 17 m/s-yə çatır 12.07.2026
  • Güclü yağış daşqına səbəb oldu – Küçələr su altında 12.07.2026
  • Hacıqabulda yol qəzasında yaralananların son durumu 12.07.2026
  • Azərbaycan Prezidenti Qətər Əmirinə başsağlığı verib 12.07.2026
  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv