STRATE Jİ HƏDƏF
Ölkəmiz dinamik sosial-iqtisadi inkişafyolunda inamla irəliləyi, iqtisadi yüksəliştempinə görə ilbəil böyük uğurlar qazanır. Azərbaycan Respublikası bu gün öz millimaraqlarını müvəffəqiyyətlə təmin etməyə qadir bir dövlət kimi müstəqil siyasət yürüdür, iri tutumlu layihələr həyata keçirir. Büdcə gəlirlərinin ildən-ilə əhəmiyyətli dərəcədəartması iqtisadi sahədə islahatların genişləndirilməsinə, sosial-mədəni modernləşməyə əlverişli şərait yaradır.
Artıq Azərbaycan beynəlxalqproqramların,enerjilayihələrinin iştirakçısıdır.Ahəngdar iqtisadiinkişafrespublikanın hər yerindəözünü barizşəkildəgöstərir.Bugün Azərbaycanın yeni bir intibah dövrünü yaşaması tarixi həqiqətdir. O da danılmaz faktdır ki,bu epoxanın təməlində ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən yeni neft strategiyası dayanır.
Bu gün dünyada Azərbaycanın nefti ilə yanaşı, zəngin qaz yataqlarına da diqqətböyükdür. Bu da təsadüfi deyil.Qaza olan tələbatın vəbuna uyğun olaraq marağın xüsusilə yüksəldiyi birvaxtda Azərbaycan özünü beynəlxalq birliyə etibarlı qaz ixracatçısıkimi təqdim edə bilmişdir.
Xəzər dənizində beynəlxalq əməkdaşlığın, region ölkələrinin dünya iqtisadiyyatına inteqrasiyasının başlanğıc nöqtəsi də, məhz haqlı olaraq, “Əsrin müqaviləsi” hesab edilir.Yeni neft strategiyası bu gün iqtisadi səmərəsi ilə bərabər, Şərq və Qərbin qovşağındayerləşən Azərbaycanı dünya birliyinin ayrılmaz tərkib hissəsinə çevirmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə ölkənin qaz təchizatı sisteminin yenilənməsi, əhalinin və sənayenin fasiləsiz təbii və maye qazla təmin edilməsi istiqamətində zəruri işlər görülməkdədir. Bu məqsədlə 2024-2028-cü illər ərzində qaz təsərrüfatının əsaslı inkişaf proqramı işlənmiş, prioritet sahələr müəyyənəşdirilmişdir. Respublikanın bütün qaz-nəql sistemində idarəetmənin modernləşdirilməsi, sahənin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində kompleks tədbirlərin görülməsi planlaşdırılır. Artıq qaz təsərrüfatının, paylayıcı sistemin dünya standartlarına uyğunlaşdırılması istiqamətində bir çox təxirəsalınmaz işlər görülmüşdür. Qazlaşdırma prosesi də bütün ölkə boyunca geniş vüsət almışdır.
Qaz təchizatı kəmiyyətcə qənaətbəxş olmaqla yanaşı, həm də keyfiyyətcə ən müasir tələblərə cavab verməli bir sahədir. Bakı şəhər əhalisi ekoloji təmiz məhsulla təchiz edilməlidir. Bunun üçün isə keyfiyyətcə və təhlükəsizliyə səmərəli nəzarət sistemi qurulmalıdır.
Bu sahədə qarşıda duran vəzifələrin yerinə yetirilməsinin başlıca şərtləri bir tərəfdən, qaz məsulunun satışının artırılmasında, digər tərəfdən isə yeni iş yerlərinin artırılmasında,əhalinin sosial müdafiəyə daha çox ehtiyacı olan qruplarının gəlirlərinin artırılmasından ibarətdir.
Bazar iqtisadiyyatının tələbərinə və beynəlxalq standartlara cavab verən müəssisələr normal iş şəraiti, müasir laboratoriya, cihaz və avadanlıqlar, yüksək səmərəli qaz təsərrüfatı texnikası və digər maddi-texniki vasitələr təmin olunmuşdur. Əldə edilmiş nailiyyətlərlə yanaşı, qaz təchizatı sahəsində sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, bununla bağlı əlavə həvəsləndirici tədbirlərin görülməsi dövlətin diqqət mərkəzindədir. Xüsusilə qazın saxlanılması üçün sahələrin yaradılması, genişləndirilməsi, emal sənayyesinin inkişafı ilə bağlı tədbirlərin görülməsi zəruridir.
Respublikada əhalini təhlükəsiz və keyfiyyətli məhsul ilə təmin etmək, sahibkarlıq mühitini yaxşılaşdırmaq, bu sahədə həyata keçiriləcək tədbirlər ölkədə sabid və adekvat yanacaq təklifinin formalaşdırılmasına, səmərəli istehsal və satış infrastrukturunun yaradılmasına, məhsulunun satışının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsinə ölkə başçısının Qaz təsərrüfatına göstərdiyi diqqət və qayğının nəticəsidir ki, Azərbaycan Respublikası üçün növbəti uğurlu il olmuş, enerji təhlükəsizliyinin qorunması, daşınması və saxlanılması məqsədi ilə proqramlar işlənib hazırlanmışdır.
Ölkəmizin iqtisadiyyatının çox perspektivli inkişafa malik olan əsas istehsal sahələrindən biri qaz emalıdır. Qaz emalı zavodlarının məqsədli məhsulları sayılan sıxılmış qazlar (propan-butan) fraksiyası yüksək təmizlikli fərdi kabrohidrogenlər, qaz benzinləri, karbürotor və dizel mühərrikləri üçün yanacaqlar, xalq təsərrüfatının bütün sahələri üçün mühüm əhəmiyyət kəsb edir. Dünya təcrübəsi göstərir ki, təbii və neft qazları bazası əsasında yaradılan iritonnajlı və yüksək rentabelli etan, sıxılmış qazlar və qaz benzilləri istehsalı neft emalı prosesləri ilə müvəffəqiyyətlə rəqabət apara bilir.
Respublikanın avtonəqliyyat vasitələrdə ekoloji yanacaq kimi qazdan geniş istifadə olunarsa, ətraf mühitin şirklənməsinin qarşısının alınmasında böyük rol oynuya bilər. Nəqliyyatdda yüksək təzyiq altında sıxılmış qazdan istifadə edilməsu yanacağa qənaət olunmasına imkan verir. Qaz mühərriklərdə yanarkən, onların tərkibində benzin və dizel yanacağına nisbətən zəhərli maddələrin olmaması mavi yanacağın tam yanmasına şərait yaradır, bu isə ətraf mühitə atılan zəhərli qazların miqdarını xeyli azaldır.
Sözügedən ekoloji yanacaqdan səmərəli və məqsədyönlü istifadə olunması məişətdə işlədilən təbii qaza tələbatı xeyli azaldacaq, istilik-elektrik mərkəzlərinin təbii qaza ehtiyaclarının ödənilməsinə imkan yaradacaq, ikincisi isə, qənaət edilmiş milyard kubmetr təbii qazın iri sənaye şəhərlərinin istifadəsinə verilməsi mümkün olacaqdır. Belə olarsa həm valyutaya qənaət olunar, həm də əhalinin yanacağa olan təlabatı ödənilər.
Qeyd etmək istəyirəm ki, yeni qaz təchizatı sahələrində köklü islahatların aparılmasına, misilsiz nailiyyətlərin qazanılmasına möhkəm zəmin yaradılmışdır. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf və tərəqqi konsepsiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bu gün Azərbaycan dövlətinin nailiyyətlərinin əsasını təşkil edir. Bu isə ulu öndər Heydər Əliyevin “Neft digər istehsal sahələrinin inkişafına təkan verməlidir” ideyasının gerçəkləşməsi deməkdir. Ölkədə gedən müsbət proseslər, sürətli iqtisadi artım, o cümlədən, neft-qaz sənayesinin nailiyyətləri sosial yüksəlişə, dövlətçiliyin daha da möhkəmləməsinə, Azərbaycan xalqının rifahının yaxşılaşmasına xidmət edir. Bax bizim məqsədimiz Dövlətin bu sahədə apardığı siyasəti həyata keçirməkdən ibarətdir.
Salim Qənbərov, YAP Bərdə rayon təşkilatı fəalı