Hadisə 

Bakıda şirkət işçisi özünü öldürdü

Bakıda oktyabrın 4-ü özünü binadan atan qadın müalicə aldığı xəstəxanada vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Nərimanov rayonu, Əliyar Əliyev, 1 ünvanında baş verib.

Məlumata görə, canına qəsd edən 25 yaşlı Aişə Şıxbabayeva şirkətlərin birində qeydiyyatçı vəzifəsində çalışırmış. Onun hansı səbəbdən intihar etməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.
Bakıda şirkət işçisi özünü öldürdü

Daha çox xəbərlər