Gündəm 

“Dedi ki, kim zəng etsə, de ki, qardaşımın bıçaqlanması şayiədir”

Müğənni Ülviyyə Namazova qardaşı Vüqar Namazovun bıçaqlanması ilə bağlı açıqlama vermək istəmir.

Belə ki, OLAY ifaçının soyadını demək istəmədiyi Elmar adlı köməkçisi ilə əlaqə saxlayıb. Daxili İşlər Nazirliyinin rəsmi açıqlaması olduğunu qeyd etməyimizə baxmayaraq, sözügedən şəxs ifaçının bu hadisəni şayiə olaraq təqdim etdiyini deyib:

“Məlumatım yoxdur. Bayaqdan 10 nəfər zəng edib. Ülviyyə xanımdan soruşmuşam, deyib ki, şayiədir. Söylədi ki, sənə də zəng olunsa, rahat şəkildə de ki, şayiədir. Mən işçiyəm, özündən soruşdum, belə söylədi. Açığı mənim maraqlanacağım mövzu deyil”.

Qeyd edək ki, Vüqar Namazov bıçaqlanması ilə bağlı polis orqanında təhqiqat araşdırması başlanılıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı OLAY-a bildirib ki, oktyabrın 5-də saat 23 radələrində paytaxtın Binəqədi rayonunun 1-ci Mədən yaşayış massivi ərazisində 2002-ci il təvəllüdlü E.Ağaquliyevin aralarında yaranmış mübahisə zəminində 1985-ci il təvəllüdlü V.Namazova xəsarət yetirməsi barədə polisə məlumat daxil olub.

Hadisə ilə bağlı ərazi polis orqanında təhqiqat araşdırması başlanılıb.

Tərəflərin izahatları alınıb. Xəsarətin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.

Hazırda araşdırma davam etdirilir.

Daha çox xəbərlər