Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Düşmən sərhəddə “qaynayır” – təxribata növbəti hazırlıqlar

By Vüsal Rafiqoğlu
17.10.2024 4 Min Read

Erməni general Vaşinqtonda, kvaziballistik raketlər İrəvanda; TŞ katibi NATO-nu regiona çağırır, Avropa İttifaqı sərhəddə yarımhərbi missiyanı gücləndirir və texnika cəmlənir, Hindistan isə 500 km hədəfləri vuran “Pralay”ları göndərir…

Ermənistan müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi, general-leytenant Edvard Asryanın rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-da işgüzar səfərdədir. Asryan oktyabrın 13-16-da Vaşinqtonda ABŞ Ordu Assosiasiyasının illik silah sərgisində iştirak edir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini donduran Ermənistanın ABŞ-NATO orbitinə yaxınlaşması istiqamətində addımlar sürətlənir.

Bu ölkənin sərhədlərini rus hərbçilərin mühafizə etməsinə baxmayaraq, Gümrüdə 102-ci rus hərbi bazası olmasına rəğmən, Ermənistan həm Avropa İttifaqının Azərbaycanla sərhəddəki yarımmülki monitorinq qrupunun sayının genişlənməsinə şərait yaradır, həm də ABŞ-la birgə təlimlər keçirir, NATO generalları ilə görüşləri intensivləşdirir. Bunun növbəti fraqmentlərindən biri isə göründüyü kimi, Baş Qərargah rəisinin Vaşinqtonda ABŞ Ordu Assosiasiyasının illik silah sərgisində iştirak etməsidir.

Eyni zamanda Ermənistan ABŞ, Fransa və Hindistandan silahlanmanı davam etdirir. “Günü bu gün sülh imzalamağa hazırıq” deyən erməni rəsmilərinin sözləri ilə hərəkətləri uyğun gəlmir. Elə son olaraq, oktyabrın 15-də yayılan xəbərə görə, Hindistan raketlərinin Ermənistana ixracına icazə alınıb. Dehlidə dərc olunan “Alpha Defence” portalı xəbər yayıb ki, “Pralay” kvazi ballistik raketlərinin  Ermənistana mümkün qədər tez tədarükü ilə bağlı Hindistan müqavilə bağlamaq niyyətindədir. “Pralay” qısamənzilli, kvaziballistik, bərk yanacaqla işləyən yer-yer tipli raketdir. 150-500 km məsafədəki hədəfləri vurmağa qadirdir. Hindistan Raket Texnologiyalarına Nəzarət Rejiminin üzvü olduğu üçün 300 km və ya daha çoxmənzilli və faydalı yükü 500 kq və ya daha çox olan raketlərin ixracına nəzarət etməlidir. Bu baxımdan, Dehli “Pralay” raketini Ermənistana uyğunlaşdıraraq, onun uçuş məsafəsini azaltmalıdır.

Ermənistanın Azərbaycana qarşı yeni təxribatlar hazırlığı fonunda ballistik raket almaq istəyi xüsusilə diqqət çəkir. Bu, həm də 44 günlük müharibədə Ermənistanın cəbhə xəttindən yüzlərlə kilometr uzaqda yerləşən şəhərləri – Gəncə, Bərdə, Tərtər və digər əraziləri raket atəşinə tutduğunu yada salır. Bu baxımdan, heç kim Ermənistanın kvaziballistik raketə sahib olacağı təqdirdə, bundan sivilləri hədəfə almayacağına zəmanət verə bilməz. Qeyd edək ki, Azərbaycanın Baş Qərargah rəisi, general-polkovnik Kərəm Vəliyev  NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru general-leytenant Yanuş Adamçakla görüşdə sərhədin Ermənistan ərazisində Avropa İttifaqının müşahidəçi missiyasının yerləşdirilməsi, habelə regiondan kənar bəzi ölkələrin, xüsusilə Fransanın Ermənistanı silahlandırmasının orada revanşist qüvvələrin baş qaldırmasına, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh prosesinə əngəl yaratmaqla Cənubi Qafqazda vəziyyətin gərginləşdirilməsinə səbəb olduğunu vurğulayıb.

Yada salaq ki, sentyabrın 30-da NATO-nun Brüsseldəki mənzil-qərargahında Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Alyansın Hərbi Komitəsinin nümayəndələri arasında görüşlər keçirilib. Caliber.Az-ın verdiyi məlumata görə, Qriqoryan bu görüşdə Ermənistanın “NATO-nun yeni cənub cinahı” olmağa hazır olduğunu bildirib. O, Ermənistanda aviabazaların tikintisini və raketdən müdafiə bölmələrinin yerləşdirilməsini təşviq etmək niyyətini vurğulayıb. Qriqoryanın sözlərinə görə, bu bazalar NATO-nun Çevik Yerləşdirmə Qüvvələrinin qoşunlarını, o cümlədən quru, hava və xüsusi bölmələri qəbul etməyə hazır olacaq.

Şərhçi Aqşin Kərimov vəzifəyə təyin olunub

Aqşin Kərimov

Siyasi icmalçı Aqşin Kərimova görə, Ermənistanın Azərbaycanla sərhəddə cəmləşdirdiyi şəxsi heyəti və hərbi texnika sayını artırması İrəvanın sülh müqaviləsindən yayınması, Azərbaycana qarşı dönüş nöqtəsi yaratmaq planının bir hissəsidir. Onun fikrincə, Azərbaycan hələlik Ermənistanın müharibədə böyük itkilərini xatırlatmaq və gələcəkdə mümkün hərbi eskalasiya fonunda İrəvanın nələri itirə biləcəyi barədə mövqeləri səsləndirir: “Bu mövqe İrəvana sülh proqramına əsaslı və mənalı şəkildə qayıtmaq üçün möhlət verir. Lakin İrəvanın sülhlə ziddiyyət təşkil edən açıqlama və hərəkətləri müşahidə edilir. Bu məsələ Azərbaycan-Ermənistan sərhədinin qaynamağa hazırlaşmasının işığında daha çox diqqət çəkir. Ermənistanın təxribatları fonunda Azərbaycan müdafiə naziri Zakir Həsənovun xidməti müşavirə keçirməsi, İrəvanın ehtimal edilən hərbi provokasiyalarına qarşı komandanlara tapşırıqlar verməsi də vəziyyətin mürəkkəbliyini təsvir edir. Göründüyü kimi, Bakı-İrəvan xəttində sülh üçün danışıqlarla yanaşı, hərbi toqquşma trayektoriyasının canlana biləcəyi ehtimalları var”.

Təhlilçi hesab edir ki, əgər genişmiqyaslı toqquşma baş verərsə, Ermənistanın özünü nəticə olaraq harada tapacağı sual altındadır: “Ona görə ki, Ermənistanın Azərbaycana qarşı güc balansını dəyişə bilmək potensialı yoxdur. İrəvanın silahlanması belə Bakının geosiyasi mövqelərini laxlatmır. Üstəlik, Azərbaycanın balansında ən müasir silahlar, xüsusi təyinatlı dəstələr, peşəkar ordu modeli mövcuddur ki, Ermənistanın buna qarşı dirənə biləcəyi ehtimalı yoxdur. Bir sözlə, İrəvanın təxribatları və hərbi toqquşmalara hazırlaşması elə Ermənistanın təhlükəsizlik hissini dərindən sarsıdır”.

Zaur Məmmədov: “Milli Məclisin yeni tərkibinin üzərinə çox böyük məsuliyyət  düşür” | 1news.az | Xəbərlər

 Zaur Məmmədov

Politoloq Zaur Məmmədov isə hesab edir ki, Ermənistanın NATO-nu hərbi qüvvələrin yerləşdirilməsi və Ermənistan ərazisində müvafiq infrastrukturun yaradılması üçün cəlb etməyə yönəlmiş siyasəti regional təhlükəsizlik üçün ciddi təhdiddir. Ekspertin fikrincə, İrəvanın Qərbin bəzi mərkəzləri ilə hazırladığı planlar Cənubi Qafqazı yaxın vaxtlarda Yaxın Şərqə bənzər xaotik regiona çevirə bilər: “Bizi daha çox narahat edən məsələ ərazisində Qərb hərbçilərinin və hərbi texnikalarının olmasından istifadə edən Ermənistanın Azərbaycan Ordusu üzərinə hücum etməsi ehtimalıdır. Ermənistan ordusunun hərbi hücumu olarsa, Azərbaycan tərəfi Zəngəzurda demilitarizasiya zonası yaratmaq hüququna malikdir”.

Ramiyə Məmmədova: “Ankara Yaxın Şərqdə müharibəni səmimi şəkildə istəməyən  yeganə oyunçudur” - MÜSAHİBƏ - Oxu.az

 Ramiyə Məmmədova 

Siyasi ekspert Ramiyə Məmmədova Ermənistanın təhlükəsizlik vektorunu dəyişməyə başladığını hesab edir: “İrəvan Qərbin tapşırıqları əsasında Gümrüdəki hərbi bazanı ləğv edənə qədər bu siyasəti davam etdirəcək. Erməni generalın ABŞ səfəri, Təhlükəsizlik Şurası katibinin NATO-ya təklifi, bu ölkənin sürətlə silahlandırılması daha çox Rusiyadan qoparılma mərhələsidir. Bunun davamının gələcəyi şübhə doğurmur. Sadəcə, aparılan siyasət Rusiyanı ciddi narahat edir. Əgər Ukrayna münaqişəsindən ruslar sınıq-salxaq, şil-küt vəziyyətdə çıxsalar, taqətləri qalmayacaq və Qərbin regionda hərbi-siyasi addımları davam edəcək. Bizi maraqlandıran isə düşmənin sülh sazişi bağlamadan sürətlə silahlanması, “Marşal planı”na bənzər prosesin həyata keçirilməsidir. İşğalçı və məğlub tərəfi masaya oturmağa təzyiq göstərmək əvəzinə, Qərb ruhlandırır”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“35 övladım var” – 30 ildir yoxa çıxan tanınmış azərbaycanlı qadın müğənni + VİDEO

Next

COP29-dək sülh sənədi imzalana bilərmi – mühüm gedişat

Xəbər lenti

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv