Cəmiyyət 

“Minatəmizləyənlərə şəhidlik statusunun verilməsi prosesi doğru hətta gecikmiş yanaşmadır”-Səxavət Məmməd

Azərbaycanda minatəmizləmə prosesi zamanı həlak olan şəxslərə şəhid statusunun verilməsi təklif edilir.

Mövzu ilə bağlı BiG.AZ-a danışan hərbi ekspert Səxavət Məmməd bildirib ki, minatəmizləmə ən ağır proseslərdən biridir. Bu sahədə Azərbaycan tərəfi kifayət qədər itki verib. Bu zamana qədər minatəmizlə sahəsi bir qədər kənarda qalmışdı:

"Minatəmizləyənlərə şəhidlik statusunun verilməsi prosesi doğru hətta gecikmiş yanaşmadır"-Səxavət Məmməd“Minatəmizləyənlərə şəhidlik statusunun verilməsi prosesi doğru və düzgün yanaşmadır. Hətta deyərdim ki, gecikmiş yanaşmadır. Biz bilirik ki, işğaldan azad olunmuş ərazilərdə, keçmiş cəbhə boyu və neytral zonalarda müəyyən yerlər var ki, orda hələ də minalar mövcuddur. O, ərazilərdən minaların təmizlənməsi və təhvil verilməsi çox ağır prosesdir.
Minatəmizlənməsi ilə bağlı müəyyən qurumlar var ki, onlar bu məsələdə daha çox maraqlı olmalıdırlar. Unutmayaq ki, əgər hərbçilərimizi müharibə dönəmində itirib, onlara şəhidlik statusu veririksə, minatəmizləyənlər ümumiyyətlə ölümlə hər zaman üz-üzə qalırlar. Onların iş proseslərində həyatları təhlükə altındadır. Ən xırda səhv həyatlarının sonu deməkdir. Bu səbəbdən minatəmizləmə sahəsində çalışanlara şəhidlik statusunun verilməsi təklifi fikrimcə doğru yanaşmadır”.

Daha çox xəbərlər