Cəmiyyət 

“Qida məhsulu daşıyan şəxslərin həkim müayinəsindən keçməsi vacibdir”-Elməddin Muradlı

“Qida təhlükəsizliyi haqqında” qanunda qida subyektlərinin əməkdaşlarına dair tələblər müəyyən edilib. Belə ki, qida subyektlərinin qida məhsulları ilə bilavasitə təmasda olan əməkdaşları ilkin və dövri tibbi müayinələrdən keçirilməli, habelə gigiyenik təlimlərə cəlb olunmalıdırlar.

Bu günlərdə qida məhsulları daşıyan sürücüsünün narkotik maddə qəbul edərək şirkət maşınından istifadə etdiyi KİV-də yayımlanıb. Sosial medianın gündəminə çevrilən məsələlərdən olub.

Mövzu ilə bağlı BiG.AZ-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, qida məhsulları daşıyan sürücülərin tibbi müayinədən keçməsi lazım və vacibdir:

"Qida məhsulu daşıyan şəxslərin həkim müayinəsindən keçməsi vacibdir"-Elməddin Muradlı“Bu müayinələr sürücünü işə götürəndə və dövrü olaraq 3 aydan yaxud da 6 aydan bir aparılmalıdır. Qida məhsulu daşıyanlar qida ilə təmasda olmadığından onların sağlamlıq müayinəsindən keçməsi vacib sayılmır. Həkim müayinəsindən müntəzəm olaraq qidanı daşıyan və qablaşdıran kəslər keçir.
Ümumiyyətlə qida məsulları istehsalı sahəsində daşıyanların həkim müayinəsindən keçməsi mütləq və vacibdir”.

Daha çox xəbərlər